66 yaşlı qadını maşın vurdu
Tarix: 25-11-2015, 11:24 | Çap et
66 yaşlı qadını maşın vurdu
Gəncədə 66 yaşlı qadını maşın vurub. Hadisə Kəpəz rayonunda məcburi köçkünlərin yaşadığı ərazidə qeydə alınıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Goranboy rayonunun Todan kənd sakini, 1949-cu il təvəllüdlü Əminə Ağamməd qızı Qasımova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı qadını ətrafda olan insanların köməkliyi ilə xəstəxanaya çatdırıblar.

Xəstəxanadan bildirdilər ki, Əminə Qasımova xəstəxanaya çanaq və baldır nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə gətirilib və vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərilərək paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı Gəncə Şəhər baş Polis idarəsində araşdırma aparılır.

5 gün əvvəl də paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu “KIA” markalı nəqliyyat vasitəsinin sürücüsü Nobel prospektində vurub. Sonradan avtomobilin sürücüsü bu barədə Təcili tibbi yardım xidmətinə məlumat verib. Xəsarət almış Tofiq Məhərrəmov həmin xidmətin avtomobili ilə xəstəxanaya çatdırılıb və ona həkim yardımı göstərilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net