Məhkəmə “Texnikabank”ın işi ilə bağlı ekspertiza təyin edib
Tarix: 25-11-2015, 11:15 | Çap et
Məhkəmə “Texnikabank”ın işi ilə bağlı ekspertiza təyin edib
Bakı Apellyasiya Məhkəməsində “İnşaat Konstruksiyaları Zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Texnikabank” ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.

Sonuncu prosesdə qərar çıxarılıb.

Qərara əsasən, işə baxılması üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, bu il “Texnikabank” ASC “İnşaat Konstruksiyaları Zavodu”nu məhkəməyə verib. Sabunçu Rayon Məhkəməsinə müraciət edən bank kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərarla razılaşmayan “İnşaat Konstruksiyaları Zavodu” apellyasiya şikayəti verib.
Report





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net