Bakıda axtarışda olan 5 nəfər tutuldu
Tarix: 25-11-2015, 11:09 | Çap et
Bakıda axtarışda olan 5 nəfər tutuldu
Bakı polisi axtarışda olan şəxsləri yaxalayıb.

Lent.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 14-də M.Fətəli küçəsində Nəsibə Məlikovanın evindən, açıq qapıdan keçməklə 240 manat, Vidadi küçəsində Edilya Zöhrabovanın, Müjgan Atakişiyevanın, noyabrın 18-də H.Aslanov küçəsində Elşən Seyfullayevin evindən mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Əfrasiyab Əlimov tutulub. Şübhəli şəxsin üzərindən 0,340 qram heroin aşkar olunaraq götürülüb.

Ətrafında keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 24-nə keçən gecə, Azərbaycan prospektində Rasim Qayınbəyova məxsus «Kia-Optima» markalı avtomobildən, şüşəsi sındırılmaqla içərisində bank kartları olan pul kisəsini, S.Tağızadə küçəsində Südabə Sədiyevanın mənzilindən içərisində 50 manat, qızıl-zinət əşyaları, bank kartları və sənədlər olan əl çantasını gizli yolla talayıb.

Bundan başqa Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü İlqar Abdullayev tutulub. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə 177-ci (oğurluq) maddə ilə axtarışda olan 1987-ci il təvəllüdlü Rüstəm Dadaşov tutulub.

Həmçinin Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1956-cı il təvəllüdlü Yusuf İbrahimov tutulub.

Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü İradə Vəliyeva tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net