Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır
Tarix: 24-11-2015, 17:38 |
Çap et
Dağlıq Qarabağın statusu beynəlxalq danışıqların və ATƏT-in Minsk qrupunun apardığı danışıqların obyektidir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinator Alina Romanovski deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa göstərdiyi yardım yalnız ərazilərin minalardan təmizlənməsi məqsədilə edilir və həmin ərazilər torpaqlar minalardan tam təmizlənədək davam edəcək.
A.Romanovski qeyd edib ki, ABŞ Qarabağın defakto hakimiyyəti ilə deyil, müstəqil şirkətlərlə danışıqlar aparır.