Aktrisanın nişanlanma xəbəri yalan çıxdı
Tarix: 24-11-2015, 17:12 |
Çap et
Aktrisa Xuraman Əlizadə nişanlanma xəbərinə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, o, “Hər şey daxil” verilişində xəbərin yalan olduğunu bildirib:
“Bir yaxınım zarafatla deyib ki, “Xuramanın nişanlısıyam”. Bu da aləmə yayıldı. Əgər elə bir şey olsaydı, sevinə-sevinə deyərdim. İndi subayam".
Əməliyyat olunan X.Əlizadə artıq çəkidən xilas olmağa çalışdığını deyib:
“Durduğum yerdə qəfildən ağrılar başladı. Gətirdilər xəstəxanaya, iynələr vuruldu. Amma ağrı kəsmədi, öd daşımdan əməliyyat olundum. Əməliyyatdan sonra 5 kiloqram arıqladım. Burada təbii yolla artıq çəkidən xilas olmağıma söz verdilər. 140 kiloqramam. 40 kiloqram çəki atmaq istədi”.