Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Türkiyə səfəri ləğv edilib - KİV
Tarix: 24-11-2015, 16:16 | Çap et
Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Türkiyə səfəri ləğv edilib - KİV
Türkiyəyə getməyə hazırlaşan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri ölkəsinə məxsus hərbi təyyarənin vurulmasından sonra ləğv edilib.

SalamNews-un “Haberler”ə istinadla verdiyi xəbərə görə, səfərin təxirə salınması Rusiya və Türkiyə arasındakı gərginliyin ilk siqnalı olaraq dəyərləndirilir.

Təyyarənin vurulması ilə bağlı açıqlama verən Kreml təmsilçisi Dmitriy Peskov bunun çox ciddi hadisə olduğunu, bununla belə, nəticə çıxarmaq üçün hələ çox erkən olduğunu bildirib.

S.Lavrovun səfəri ilə bağlı şərh vermək istəməyən D.Peskov deyib: "Bunu Xarici İşlər Nazirliyindən soruşun."






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net