Məhəmməd Məmmədovun biznesiylə bağlı ilginc məlumatlar-BACIOĞLU SİNDROMU
Tarix: 23-11-2015, 09:32 | Çap et
Məhəmməd Məmmədovun biznesiylə bağlı ilginc məlumatlar-BACIOĞLU SİNDROMU
Ötən həftə MTN işi ilə əlaqədar olaraq həbs olunan «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovla bağlı yeni maraqlı məlumatlar ortaya çıxıb. JAM.AZ-a göndərilən məlumatlarda vurğulanır ki, Məmmədov hələ vəzifə başında olarkən özünə çox böyük və şəbəkəli biznes qura bilib. Və bu zaman dövlət idarəsinin imkanlarından da geniş yararlanıb.

Məlumatda deyilir ki, sabiq baş direktor bəzi dairələrə vaxtlı vaxtında «hədiyyələr», «yardımlar» göndərərək, edəcəyi hərəkətlərdən dolayı arxaıynçılıq yaradırdı. Hətta bir neçə dəfə arxayıncası bəyan edibmiş ki, «YAP-ı o yoxlayır, məni kim yoxlaya bilər?».

JAM.AZ-a daxil olan bilgilərdə vurğulanır ki, Məhəmməd Məmmədov «Aztelekom»da və şəxsi sahədə böyük biznes quraraq, onlara nəzarət etmək üçün heç də az tərkibdə olmayan heyyətdən ibarət maliyyə qrupu da yaradıb. «Vəzifədən çıxarılaraq, həbs olunmasına baxmayaraq, indii də özünə və biznesinə arxayındır. Çünki həmin biznes hazırda da inkişaf edir».

Amma mənbələr olduqca maraqlı məqamlara da toxunaraq, bu barədə məlumatlar veriblər. Onların bildirdiyinə görə, M.Məmmədovun «Dataplus», «Qlobal», «Qtelekom», «CNC» şirkətlər İT Holdinqi Azərbaycanın bütün bölgədərində internet xidməti göstərir. «Bu şirkətlər qanunsuz olaraq yerli Telekommunikasiya Qovşaqlarında ödənişsiz avadanlıqlar yerləşdiriblər. Həmin xətlərdən istifadə olunur, başqalarına məxsus xətlərdən də qanunsuz istifadə edirlər. Belə ki, onlar şəxsi müştərilərini kanallara qoşur və nəticədə, 10 min km-lərlə dövlət balansında olan kabellərin satışına da zəmin yaradırlar. Satılan kabellərin pulları isə dövlət qurumunun hesabına deyil, Məhəmməd Məmmədovun şirkətlərinin hesabına axır».

JAM.AZ-a danışan mənbələr bütün bu əməliyyatların başında Tural Abbasovun dayandığını iddia edirlər. Abbasov Məhəmməd Məmmədovun bacısı oğludur və onun bütün şirkətləri idarə etdiyi vurğulanır. «Rayon qovşaqlarında hədə-qorxu yoluyla öz şəxsi işlərini reallaşdırır və ATS-ləri iflic vəziyyətə salırlar. Abşern, Sumqayıt, digər rayon Telekommunikasiya Qovşaqları Tural Abbasovun əlində aciz qalıblar. Bu səbəbdən də onlar müflis vəziyyətinə düşməkdədirlər».

Yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net