Cəlilabadın icra başçısına ağır ittiham
Tarix: 9-11-2015, 11:24 |
Çap et
Cəlilabadda müəlllimlərdən pulyığma kampaniyası başlayıb. Qaynar.info-nun məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, hər müəllimdən 50 manat istənilir. Səbəb kimi isə rayonun İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun məktəb direktorlarından 5 min manatdan 15 min manata kimi pul tələb etməsi göstərilir.
Ən maraqlısı isə odur ki, yayılan məlumatlarda Cəlilabad rayonunda artıq 3-cü aydır ki, müəllimlərin maaş almadığı iddia edilir. “Belə olan halda müəllimlər onlardan istənilən pulu hardan tapmalıdırlar?” deyə sosial şəbəkələrdə sual edilir.
Qeyd edək ki, rayonda müəllimlərin maaşının bu qədər müddətdir verilməməsinin səbəbləri açıqlanmır.
Qeyri-iş günü olduğundan ortaya atılan iddiaları dəqiqləşdirmək mümkün olmadı.