Ziya Məmmədova qarşı yeni kampaniya
Tarix: 24-10-2015, 12:03 | Çap et
Ziya Məmmədova qarşı yeni kampaniya
Nəqliyyat naziri Ziya Məmmədov haqqında növbəti şayiələr mətbuatın dövriyyəsinə buraxılıb. Belə ki, sifariş alan bəzi media orqanları nazirin artıq iş otağını boşaltdığını iddia edir. Hansısa şəxslərin marağının əlaltısına çevrilmiş belə saytlar hələ indi yuxudan oyanıblar.
Onlar indi duyuq düşərək, son dönəmlər nəqliyyat naziri Ziya Məmmədovun yaxın vaxtlarda “işdən çıxarılacağı” barədə “məlumatların” yayılmasından xəbər tutublar. Guya bir neçə gün əvvələ qədər məzuniyyətdə olan, artıq iş başında olan nazirin istefası məsələsi artıq qətiləşib.
Görünür, operativlikdən dəm vuran bu saytlar hələ indi duyuq düşüblər ki, istefa haqda nağıllar boş şeydən başqa bir şey deyil. Nazir məzuniyyətdən qayıdıb və iş başındadır. Buna görə də indi başqa, özü də fərqli yalanlar uydurmaq lazımdır. Üstəlik, cəmiyyətdə reket kimi tanınan bu saytlar naziri bu günlərdə “işdən çıxarmağa” qərar verib. İddia edilir ki, nazir bu gün “gedir”.
Düzdür, nazir doğrudan da bu gün gedir. Ancaq Neftçalaya -vətəndaşların qəbuluna, problemləri dinləməyə. Bu cür “media” orqanları artıq neçə ildir, hansısa məmuru “işdən“ çıxarırlar. Amma onların kimlərinsə siyasi sifarişlə hədəf seçdikləri vəzifəli şəxslər hələ də iş başındadır. Bəziləri kimi burda kabinetində oturub boş boş yazılar sifarış verməklə məşğul deyil. Vətəninə, dövlətinə, xalqına xidmət etməklə, ölkə başçısı tərəfindən ona tapşırılan vəzifələrin icrası ilə məşğuldur.
Yenə də bəziləri ekstrasensliyə keçiblər, unudublar ki, birbaşa ölkə rəhbərliyinin səlahiyyətində olduğu məsələlərə qarışırlar. Maraqlıdır, əgər növbəti dezinformasiyalarınız, uydurma “xəbərləriniz”lə sabah 8-10 nəfərlik oxucularınızın üzünə necə baxacaqsınız? Adamdan soruşmazlar ki, dünən işdən çıxarılması haqda xəbər yazdığın məmur niyə hələ də vəzifə başındadır?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net