Lerikin icra başçısından qəribə seçki tapşırığı - QALMAQAL
Tarix: 22-10-2015, 09:38 | Çap et
Lerikin icra başçısından qəribə seçki tapşırığı - QALMAQAL
Lerikin icra başçısı Rövşən Bağırov rayonun bütün dövlət müəssisələrinin rəhbərlərinə tapşırıq verib ki, 78 saylı Lerik Seçki Dairəsindən namizəd İqbal Məmmədovun təbliğatına başlasınlar.

O, İqbal Məmmədova etiraz edən və səs verməyəcək şəxslərin adlarının siyahıya alınmasını tapşırıb. Rayondan əldə etdiyimiz məlumata görə, müəllimlər, həkimlər və mədəniyyət işçilər deputatın yenidən seçilməsinə etiraz edirlər. Onlar İqbal Məmmədovun indiyədək rayon üçün heç bir iş görmədiyini, ancaq öz biznes maraqlarını güddüyünü iddia edirlər: "Biz açıq deyirik ki, İqbal Məmmədova səs verməyəcəyik. İcra nümayəndələri və bələdiyyələrə tapşrıblar ki, etiraz edənlərin adını yazsınlar".

Şingədulan və Xanəgah kənd sakinləri adından Qaynar.info-ya daxil olan məlumata görə, rayonda əsas işləri icra başçısının birinci müavini Cəlil Baxşıyev icra edir. O da İqbal Məmmədovun yaxın qohumudur. Hətta icra başçısı Rövşən Bağırov da onun diktəsi ilə hərəkət edir.

Sakinlər bildirilər ki, icra başçısının birinci müavini və hazırki deputat İqbal Məmmədov məhz mənsub olduqları ərazi üçün iş görüblər: "Cəlil Baxşıyev Zuvan ərzazisindəndir. İqbal Məmmədovun da yaxın qohumudur. İndiyədək bizim üçün heç bir iş görməyiblər. Hətta Noda-Şingədulan-Xanəgah yolu da yarımçıq saxlanılıb. Halbuki prezident bu yolun çəkilməsi üçün 7 milyon manat vəsait ayırıb. Amma buna baxmayaraq, Zuvand ərzisinə yol və qaz çəkilib. Rayonda nə xeyir iş olursa, Cəlil Baxşıyevlə İqbal Məmmədov bunu Zuvanda yönəldir. Çünki burada Cəlil Baxşıyevin "9 qardaş" İstirahət Mərkəzi var, özü də buralıdır. Sanki Rövşən Bağırov da Lerikin deyil, Zuvandın icra başçısıdır. İki şəxsin əlində çarəsiz qalıb. Yaxşı, bəs biz hara gedək? Ona görə də açıq deyirik, biz İqbal Məmmədova səs verməyəcəyik".

Şingədulan kənd sakinləri bildiriblər ki, deputat seçildiyi ötən 5 ildə bircə dəfə də onların yanına gəlib problemləri ilə maraqlanmayıb: "Onun günü "9 qardaş" İstrahət Mərkəzində və özünün olduğu "RELAX" İstirahət Mərkəzində keçir. Bizə belə deputat və icra başçısı və müavini lazım deyil. Onların bu ayrı-seçkiliyi davam edərsə, biz açıq etiraz edəcəyik".

Sakinlər həmçinin bildiriblər ki, onlar Prezident Adminstrasiyasına müraciət hazırlayırlar. Hər üç şəxsin rayondan uzaqlaşdırılması üçün bütün hüquqi addımları atacaqlar: "Ümid edirik ki, cənab prezident də bizim səsimizə səs verib bu özbaşınalıq edən məmurlara layiq olduqları cəzanı verəcək". (Qaynar.info)





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net