İsmayıllının icra başçısı da maxinasiya ilə məşğuldur - FAKT
Tarix: 20-10-2015, 10:07 | Çap et
İsmayıllının icra başçısı da maxinasiya ilə məşğuldur - FAKT
İsmayıllıda baş verən məlum olaylardan sonra vəzifə başına keçirilən Mirdaməd Sadıqovun üzdə sakit görünməsinə baxmayaraq, arxa planda ciddi maliyyə yeyintilərinə yol verdiyi üzə çıxıb. Məlum olub ki, rayonun icra başçısı büdcə vəsitlərinin bir qismini mənimsəməklə məşğul olub.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Mirdaməd Sadıqovun rəhərliyi altında inşa edilmiş keçmiş Zərifə Əliyva adına park, indiki Uşaq Əyləncə Mərkəzində istifadə olunmuş tikinti materiallarının sənədlərlə bir birinə uyğun gəlmədiyi məlum olub. Belə ki, parkdakı hövuzların içinə mərmər daşdan örtü çəkildiyi sənədlərdə qeyd olunsa da, əslində orada «linenium» adlanan plastik örtükdən istifadə olunub.

Məlumatda iddia edilir ki, bunun üçün külli miqdarda vəsait silinib. Həmin vəsaitlərin miqdarının böyük rəqəmlərlə ölçüldüyü deyilir. Qeyd olunur ki, icra başçısı işi o həddə çatdırıb ki, hətta İcra Hakimiyyətinin işçiləri belə məəttəl qalıblar.

Bu əsnada daha bir maraqlı məsələ də ortaya çıxıb. JAM.AZ-ın əldə etdiyi bilgilərə görə, Mirdaməd Sadıqov qarşıdan gələn seçkilərə qatılaraq, deputat olmaq istəyib. Hətta bu ilin yayından bununla bağlı hazırlıqlara da başlayıb. Lakin seçkilərə az qalmış onu fikrindən daşındırıblar. Prezident Admnistrasiyasından bildiriblər ki, o icra başçısı olaraq fəaliyyətinə davam etməlidir və mandat haqqında fikirləri başından atmalıdır. Aldığı direktivlərdən sonra Sadıqov deputat olmaq niyyətindən əl çəkib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

İsmayıllının icra başçısı da maxinasiya ilə məşğuldur - FAKT





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net