Cavid Qurbanovun mediadakı dəmir əli – QSC sədrindən siyasi şou
Tarix: 15-10-2015, 09:28 | Çap et
Cavid Qurbanovun mediadakı dəmir əli – QSC sədrindən siyasi şou
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yuxarı dairələrdə, eləcə də cəmiyyətdə özü barəsində müsbət imic, işlək məmur obrazı formalaşdırmaq üçün qollarını çırmayıb. O, özünə nüfuz qazanmaq üçün bütün vasitələrdən, o cümlədən medianın köməyindən yararlanmağa çalışır. Hətta buna görə müəyyən güzəştlərə gedir, xərclərə də əl atır.
Cavid Qurbanov özünü elə aparır ki, guya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsasını o qoyub. Dəmiryiol sistemindəki inkişafı özü təmin edib. Halbuki buradakı nailiyyətlər onilliklər boyu, həmin sahədə çalışmış insanların ağır, gərgin əməyinin bəhrəsidir.
Azərbaycan dəmir yolu hələ 70 il bundan əvvəl – 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil yaradılıb. Bunu vurğulamaqda məqsədimiz ondan ibarətdir ki, uzun illər gərgin inkişaf yolu keçmiş, yaşı rəsmən 70 ildən çox olan dəmir yolunun inkişafının 57 yaşlı Cavid Qurbanovla bağlılığı cəmi bir neçə aydır.
Azərbaycan Dəmir Yolundakı 176 stansiyadan ikisi – Biləcəri və Şirvan avtomatlaşdırılmış təpəli iri çeşidləmə stansiyaları hələ bir neçə il əvvəl, Cavid Qurbanov bu sahədən tamamilə kənarda olan vaxt yaradılıb.
Prezident İlham Əliyev 2010-cu ilin iyulunda də”Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam bu sahənin inkişafını təmin etdi. Bundan sonra dəmir yolu nəqliyyatının sürətli inkişafı təmin edildi. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və digər mühüm vəzifələr tədricən yerinə yetirildi.
Bütün bunlar onu göstərir ki, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, dəmir yolunda xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin indiki səmərəli fəaliyyətinin Cavid Qurbanova heç bir aidiyyəti yoxdur. Bütün bunlar onilliklər ərzində görülmüş gərgin işin səmərəsidir.
“Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” isə ötən il başa çatdı.
İkitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına müsbət təsirini göstərdi. Daha sonar dəmir yolunun inkişafına, idarəetmənin yönəlmiş “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi”nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan Hökuməti arasında 450 milyon ABŞ dolları, Layihə üzrə Tender Komissiyası texniki və maliyyə təkliflərinin açılışı proseduru başa çatdı.
Başqa sözlə desək, dəmir yol sahəsinin inkişafı üçün həm ölkə rəhbərliyi, həm də onun kollektivi tərəfindən hər cür işlər görülüb və problemlər həllini tapıb.
Obrazlı desək, Cavid Qurbanov məhz belə bir vaxtda hazır süfrəyə əyləşib. İndi qalır görülən işləri onun adına çıxmaq. Bunun üçün nə lazımdır? Təbii ki, cəmiyyətdə mətbuat vasitəsilə təbliğat aparmaq. Necə ki, Cavid Qurbanov yazımızın girişində qeyd etdiyimiz kimi o, qollarını çırmayaraq bu işə girişib.
Cavid Qurbanovun əl uzatdığı sahə bununla yekunlaşsaydı bunlarla kifayətlənmək olardı. Amma onun menyusunda başqa məsələlər də var. Xatırlayırsınızsa, ölkə başçısı İlham Əliyev 2014-cü ilin oktyabrında Stadler” Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak etdi. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə hələ aylar öncə, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr təyin edilməmişdən əvvəl imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa edilir. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.
İndi böyük iddialarla yaşayan Cavid Qurbanovun rəhbəri olduğu QSC gələn il fəaliyyətə başlayacaq Gəncədə zavodda istehsal olunacaq vaqonlardan istifadə edəcək. Onun rəhbərlik etdiyi səhmdar cəmiyyət ən yüksək standartlara cavab verəcək vaqonlarla təchiz olunacaq. Lakin bütün bunlar heç də o demək deyil ki, nailiyyətlər Cavid Qurbanovun rəhbərliyi ilə əldə edilir. Ən azı ona görə ki, 2014-cü ildə təməli qoyulmuş, gələn il istifadəyə veriləcək zavodun istehsal edəcəyi vaqonların Cavid Qurbanovun işlək məmur olmasına heç bir aidiyyəti yoxdur. Bu şəxs sadəcə öz vəzifəsinin icrasına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ən yaxşı vaxtlarında başlayıb.
Hələ 2010-cu ilin iyununda Nəqliyyat Nazirliyi ilə Çexiyanın İxrac Bankı arasında “Azərbaycan Dəmir Yollarının yenidən qurulması” layihəsinin maliyyələşdirilməsinə dair 215 milyon avroluq kredit müqaviləsi imzalandı. Cəlb olunmuş kredit “İpək yolu” istiqamətində dəmir yolunun yenidən qurulması, Bakı-Böyük Kəsik marşrutu üzrə 317 km yolun əsaslı təmiri və yol maşınlarının alınmasına sərf olunmaqdadır.
Dəmir yolunda hərəkətin təhlükəsizliyini təmin etmək, elektrik şəbəkələrinin yenidən qurulması, lokomotiv parkının yeniləşməsi 2010-cu ildən yeni mərhələyə qədəm qoydu. Dəmir yolu çox funksiyalı bir təsərrüfat növü olduğundan bu çətinliklərin yükünü “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi, veteran işçiləri öz çiyinlərinə götürdülər.
Təəssüf ki, Cavid Qurbanov bu ilin fevralından tədricən dəmir yolunda görülən işləri necə deyərlər özəlləşdirməyə, öz adına çıxmağa başlayıb. Bütün bunlar isə ömürlərini dəmir yol sisteminə həsr etmiş insanların diqqətdən kənarda qalmasına, bəzilərinin isə həmin sahədən uzaqlaşmasına səbəb olub. Cavid Qurbanovun hədəfi birdir – görülən işlərin ancaq onun adına yazılması.
Bir vaxtlar – Ayaz Mütəllibovun hakimiyyəti dövründə isə onun bayrağı altına keçən QSC sədri Maştağaya Azərbaycanın birinci prezidentinin xatirinə yol çəkdirməklə də nüfuz uğrunda savaşa başlamışdı. Bununla da münasibətlərini Mütəllibovla “yoluna qoyan” Cavid Qurbanov ilk xalını qazanmışdı.
Cavid Qurbanov ulu öndər Heydər Əliyev dönəmində də “xüsusi bacarığı” sayəsində mühüm post tuturdu. Lakin məlum olduğu kimi ulu öndər o vaxtkı “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti Cavid Qurbanovu işdə yol verdiyi və vəzifəsindən sui-istifadə etdiyinə görə işdən azad etdi.
Bu cür fərmanın nə ilə nəticələnəcəyini düşünən Cavid Qurbanov Rusiyaya üz tutdu.
QSC sədri indi də ayrı-ayrı media orqanlarına “görüm-baxım” edərək, təbliğatını aparır. Amma təbliğatı belə aparmazlar. Eyni yazının bir neçə sayta qoyulması, sosial şəbəkələrdə paylaşılması bu ssenarinin arxasında “DƏMİR” əlin olduğunu göstərir. /Avrasiya.net/





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net