GDU-nun rektoru tələbələrin hesabına borcunu qaytarır?
Tarix: 13-10-2015, 10:15 | Çap et
GDU-nun rektoru tələbələrin hesabına borcunu qaytarır?
Gəncə Dövlət Universitetində tələbələrdən pul yığılması ilə bağlı mətbuatda dəfələrlə yazılıb. Məlumatlara əsasən rektor Yusif Yusifov ötən yay tətili dövründə aparılan yoxlamalardan sonra xeyli borclanıb. Ona görə də, sentyabrın 15-dən bəri az qala hər gün tələbələrdən pul toplanır.

GUNDEMİNFO.AZ-a müraciət edən tələbələr və bir qrup müəllim iddia edir ki, bu ali təhsil ocağındakı neqativ hallarla bağlı olaraq dəfələrlə təhsil naziri Mikayıl Cabbarova müraciət etsələr də heç bir nəticəsi olmayıb. Şikayətçilər iddia edirlər ki, onlardan pul toplanması artıq ənənə, hətta universitetin daxili təlimatı kimi təqdim edilməyə başlayıb.
Nazirliyiə etdikləri şikayətlərlə bağlı mpüsbət cavab almadıqlarından onlar artıq dövlət başçısına da müraciət etməyi düşünürlər. GDU-da hansı yollarla pul toplanmasına dair informasiyaların detallarını dəqiqləşdirdikdən sonra ətraflı bilgi verəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net