Etibar Pirverdiyev nə zamana qədər "gizlənə" biləcək...
Tarix: 10-09-2015, 11:04 | Çap et
Etibar Pirverdiyev nə zamana qədər "gizlənə" biləcək...
Bu ilin fevral ayında ölkə ərazisində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" ASC-yə ötürülməsi, həmçinin istehlakçıların elektrik enerjisilə təchizatı üçün zəruri olan və "Azərenerji"nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsindən sonra hər kəsə aydın oldu ki, Etibar Pirverdiyevin kreslosu laxladığından o, hər an tutduğu postla vidalaşa bilər. Artıq bunun ilkin işartıları görünmək üzrədir. Belə ki, əldə etdiyimiz bilgilərə görə, Hesablama Palatası, Vergilər Nazirliyi və digər müvafiq qurumlar tezliklə "Azərenerji" ASC-də ciddi yoxlamalara start verəcək.

Bu yoxlamaların ASC rəhbəri Etibar Pirverdiyevin sonunu gətirəcəyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, "Azərenerji" son zamanlar büdcə proqnozunu yerinə yetirməkdə ciddi çətinlik çəkir: "Elə buna görə də Etibar Pirverdiyevin səlahiyyətlərinin əlindən alınması heç də təsadüfi deyil. Çünki o, "Azərenerji"də böhranlı vəziyyət yaratmaqla yanaşı, idarəçilikdə kobud səhvlərə yol verib. Bu səbəbdən də onun və rəhbərlik etdiyi qurumun yarıtmaz siyasəti nəticəsində çoxsaylı ölkə vətəndaşının elektrik enerjisinə görə ödədikləri pullar müxtəlif yollarla mənimsənilib. Odur ki, hazırda Etibar Pirverdiyev və yaxın ətrafı təşviş içindədir. Çünki ASC rəhbərinin yol verdiyi nöqsanlar yuxarı dairələrdə ona olan inama ciddi zərbə vurub". Bir müddət öncə "Azərenerji"nin prezidentinin Quba rayonu, Xınalıq yolunun üstündə məşhur "Qalaaltı" adlanan ərazidə inşa etdirdiyi nəhəng otel kompleksinin tikintisinin yarımçıq saxlanıldığını deyən mənbə bildirir ki, məhz bu fakt Etibar Pirverdiyevin durumunun heç də yaxşı olmadığını sübuta yetirir: "Belə ki, onun səlahiyyətləri əlindən alındıqdan sonra otel kompleksinin tikinti işləri tamamilə dayandırıldı. Deyilənlərə görə, həmin otel artıq başqa şəxsin nəzarətinə keçib. Əslən Qusar rayonundan olan Etibar Pirverdiyev özünün biznes imperiyasını əsasən şimal rayonlarında, xüsusən də Qubada cəmləşdirib. Lakin artıq onun biznesi ciddi böhran içərisindədir. Səlahiyyətlərinin əsas hissəsi "Azərişıq"a verildikdən sonra mövqeləri xeyli zəifləyən Etibar Pirverdiyevin işini çətinləşdirən başqa bir məqam isə Bayraq Meydanının sabiq rəhbəri, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərovun həbsi ilə bağlıdır.(Oxucularımızdan üzr istəyərək bu fikri işlətməyə məcbur olduq. Bu yazı Gündəlik Bakı qəzetinə məxsusdur. Yazılarımızdan çirkin niyyətləri üçün istifadə edənlərin hər şeyi fahişədir)Belə ki, Bayraq Meydanının tikilməsi "Azərenerji"nin prezidentinə həvalə olunmuşdu və Rəşad Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş nöqsanlar üzə çıxıb. Məhz bundan sonra Etibar Pirverdiyevin durumu bir qədər də qəlizləşdi. Hələ bu, harasıdır. Deyilənlərə görə, Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit borcunu ödəmədiyi üçün bu yaxınlarda həbs edilən iş adamı, Mingəçevir "İzolit" ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev də Etibar Pirverdiyevin yaxın adamlarından olub". "Azərenerji"nin prezidenti ilə iş adamı Elbrus Məmmədov arasında 2,4 milyon manatlıq əmlak davasının hələ də gündəmi zəbt etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Elbrus Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Məmmədov küçəsində yerləşən dördmərtəbəli mülk 2011-ci ildə ASC rəhbərinə satılıb: "Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf Elbrus Məmmədov, alan tərəf isə Etibar Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. Razılaşmaya əsasən həmin mülk 2 milyon 300 min manata qiymətləndirilib, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb, lakin evin əşyalarına görə pul ödənilməyib. Deyilənlərə görə, alqı-satqı müqaviləsinə görə həmin mülk real qiymətindən aşağı - 800 min manata göstərilib və səbəbi də "vergidən yayınma məqsədi" ilə izah edilib. Maraqlı məqam ondadır ki, bu məsələdə Etibar Pirverdiyevin qayını Hikmətin də adı hallanır. Əslində bu fakt, yəni ASC rəhbərinin mülkə nə az, nə çox düz 2,4 milyon manat xərcləməsi "Azərenerji"yə gələn gəlirlərin tamam başqa istiqamətlərə yönəldilməsindən xəbər verir. Bundan başqa, Etibar Pirverdiyevin qayını Kərim Xammətovla Hikmətin hansı işlərlə məşğul olduqları araşdırılsa, o zaman bəlli olar ki, o qardaşlar ASC prezidentinin həyat yoldaşı Pərvanə Pirverdiyevanın adını gündəmə gətirən əsas şəxslər olublar. Məsələn, adı mətbuatın gündəmindən düşməyən Hikmət illərdir Montində, keçmiş "Bayva"nın bazasına sahib olmaqla, oradan "Azərenerji"yə mal-materiallar verir. Odur ki, müvafiq qurumlar genişmiqyaslı araşdırma aparsalar, onda çoxlarına bəlli olmayan mətləblərin üstü açıla, hətta Etibar Pirverdiyevin həbsinə razılıq verilə bilər…"

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net