Qarabağ qazisi istirahət edə bilməməsindən gileylidir... - Ağacların kölgəsini də ona çox görüblər...
Tarix: 12-08-2015, 10:58 |
Çap et
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRİ
CƏNAB FAZİL MƏMMƏDOVA.
AZƏRBAYCAN RESPUBLİKASININ BÜTÜN DÖVLƏT ORQANLARINA.
Laçın rayon Alqulu kəndində anadan olmuş, hal-hazırda Bakı şəhəri Binəqədi rayonu DYP-nin arxasında yaşayan Qarabağ müharibəsi veteranı və Qarabağ müharibə əlili , ehtiyyatda olan çavuş İsmaylov Şakir Əkbər oğlu tərəfindən
Ərizə
Hörmətli Cənab Prezident !
Məlumat üçün bildirmək istəyirəm ki, mən torpaqlarımızin müdafiəsi uğrunda gedən döyüşlərdə canımın, qanımın bahasına mübarizə aparmışam, döyüşmüşəm heç bir şey haqqında fikirləşməmişəm, hətda 6 nəfər ailə üzvlərimi, övladlarımı düşünməmişəm, tək istəyim doğma torpaqlarımızı düşmən tapdağından azad etmək olub.
Mən 01.04.1992-ci ildə könüllü olaraq öz ərizəmlə 811 saylı hərbi hissənin şəxsi heyyətinin siyahısına daxil edilmişəm və döyüşlərdə bölmə komandirinin vəzifəsini icra etmişəm. 01.04.1993-cü ildən 23.05.1993-cü ilədək Laçın və Kəlbəcər rayonlarının işğal altında olan ərazilərində 19 nəfərlik bir heyyətlə müasirədə qalmışam.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Qarabag müharibə veteranına, canını fəda edən bir döyüşçüyə Azərbaycanın bəzi ərazilərində istirahət etməyinə imkan verilmir, demək olar ki, bəzi əraziləri zəpt edib, bizi hər şeydən təcrid edən şəxslıər var, belə ki, 08.082015-ci ildə Şamaxı şəhər Priqulu ərazisində yerləşən Fartuna restoranına istirahətə getdik, onu deyim ki, ora adı restoran olsada amma ora restorana oxşamır, hər gələnə bir stol verib, dəlalıq edib pulların alırlar, mən də onlardan biri oldum ki, mən yeri danışdım pulu verdim, bir neçə dəqiqədən sonra mənə yaxınlaşıb, bu yerdə olmaz dedilər, hətda bir kənar meşəyə getdik ordanda bizi çıxarıb, qovaladılar, Qarabağ qazisinə belə ədalətsizlik hörmətsizlik etdilər, bu kimi xoşagəlməz hallara yəqin ki, dövlət orqanları göz yumayacaq və layiqli cəzaların verəcək.
Hörmətli Cənab Prezident !
Yuxarıda qeyd olunan faktları, nəzərə alaraq ciddi tədbir görməyinizi Qarabağ qazisi və vətəndaş olaraq xahiş edirəm.
Əlaqə telefonu 055-347-34-22.
08.08.2015-ci il.
Ehtiyyatda olan çavuş: İsmaylov Şakir Əkbər oğlu.
Vertikal.az