Bərdədə növbəti aksiya gözləntisi
Tarix: 7-08-2015, 11:02 |
Çap et
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Bərdədə məskunlaşmış məcburi köçkün və şəhid ailələrindən ibarət qrup rayon İcra Hakimiyyətinin binası önündə aksiya keçiriblər.
JAM.AZ xəbər verir ki, aksiyaya səbəb rayonda məcburi köçkünlər üçün inşa olunan mənzillərin verilməsində neqativ halların olması olub. Həmin aksiya zamanı bu əyintilərə yol verən şəxsin Bərdənin icra başçısı Vidadi İsayev olduğu vurğulanıb və ardından onun istefası tələb olunub.
Lakin olayın üzərindən 5 gündən artıq vaxt keçir və onlara verilən vədlər yerinə gətirilməyib. Əksinə, etiraz edən məcburi köçkün və şəhid ailələrinə təzyiq edilməsinə başlanılıb. Bu isə narazılığı daha da pik həddə çatdırıb. JAM.AZ-a rayondan verilən məlumata görə, evlə təmin edilməyən və baş verənlərdən narazı qalan insanlar Bərdə rayon İcra Hakimiyyətinin qarşısında yenidən aksiya keçirməyə hazırlaşırlar. Bu dəfə isə birmənalı olaraq icra başçısı Vidadi İsayevin istefasını tələb edəcəklər.