"Makromart" marketlər şəbəkəsiilə bağlı ŞOK İDDİALAR
Tarix: 5-08-2015, 09:51 |
Çap et
Son zamanlar iri marketlərlə bağlı problemlər durmadan artır. Bunu redaksiyamıza daxil olan şikayət məktublarına əsasən deyə bilərik. Redaksiyamıza daxil olan şikayət ərizəsi bu dəfə Nərimanov rayonu ərazisində yerləşən "Makro Market" marketlər şəbəkəsidir. Bizə verilən məlumata görə, bu marketdə özbaşınalığa yol verilir. Belə ki, "Makro Market" marketlər şəbəkəsi vergidən yayınır. Marketə gələn müştərilərə kassa nəzarət aparatından çıxmış qəbzlər verilmir. Bundan başqa, satıcılar, eləcə də kassirlər alıcılara qarşı münasibətdə kobudluğa yol verirlər. Satılan məhsullar daim keyfiyyətsiz çıxır. Müştərilər də narazılığını bildirəndə satıcı və kassirlərin kobudluğuyla rastlaşırlar. Əldə etdiyimiz məlumata görə, "Makromart"da satılan məhsulların demək olar ki, 90 faizi vaxtı ötmüş məhsullardır. Hətta bu cür məhsullardan zəhərlənənlər də olub. Lakin rəhbərlik bununla bağlı tədbir görmür və görmək də istəmir. Vəzifəli bir xanımın adından istifadə edərək bəzi hallarda ona-buna hədə-qorxu gəlir. Hətta marketdə elə şöbələr var ki, antisanitariya hökm sürür. Ət və ət məhsulları şöbəsinin yanından keçmək mümkün deyil. Üfunətli iyin təsirindən adam özünə gələ bilmir. Məktubda o da qeyd edilib ki, sərinləşdirici və spirtli içkilərin istifadə müddəti bitmiş olur.
Bu, qanunla standartlara ziddir. Yəni insanlara vaxtı keçmiş, ağır metallarla zənginləşmiş spirtli içkilər təhrif olunur. Elə mallar var ki, tərkibinə çoxlu kimyəvi maddələr qatılır ki, bu da insan ömrünü qısaldır, sağlamlığa ciddi zərər vurur. Əgər hansı malların üzərində buraxılma tarixi, yararlılıq müddəti yapışdırılıb qopardılan kağızlardırsa, həmin mallar kimyəvi mallardır. Ümumiyyətlə Azərbaycanda satılan ərzaq malların təxminən 20-25 faizi yararlılıq müddəti keçmiş mallardır.
Təəssüflər sözügedən marketlər şəbəkəsinin rəhbərliyi istehlakçıların inamından sui-istifadə edərək, başqa yolla çoxlu qazanc əldə etmək istəyirlər. Vətəndaşlara təklif olunan məhsulların nə kyfiyyətiylə, nə də təmizliyilə maraqlanmırlar. Sanki onların əsas prinsipi müştəriyə keyfiyyətli və təbii qida təqdim etmək yox, natəmiz, vaxtı keçmiş məhsul təqdim etməkdir. İnsan sağlamlığının qorunmasında ətraf mühitlə yanaşı, istehlak mallarının, xüsusən də ərzaq məhsullarının keyfiyyəti mühüm amillərdən sayılır. Elə bu səbəbdən də, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vaxtaşırı monitorinqlər keçirir. Amma bu kimi monitorinqlərin keçirilməsinə baxmayaraq, bəzi sahibkarlar bu yolla pul qazanmaqdan, vətəndaşları zəhərləməkdən çəkinmirlər. Ona görə də də vətəndaşlar diqqətli olmağa çalışsınlar.
P.S. Elman müəllim kimdir, hündürmərtəbəli binaların dil açıb danışacağı vaxt Əli Kərimli susacaq.
P.P.S. Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 17 ünvanında yerləşən, o zamanlar tibb işçiləri üçün inşa edilən 10 bloklu binanın böyük bir hissəsi "Makro Market"in sahibi tərəfindən necə və kimlərin vasitəsi ilə mənimsənilib? Adıçəkilən marketlər şəbəkəsinin sahibinin qohumu, yaxın adamı əvvəllər Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Ərazi zəbt olunmamışdan öncə həmin binanın sakinləri, əsasən də uşaqlar orada şahmat oynayır, yaşlı insanlar, təqaüdçülər isə boş vaxtlarını səmərəli keçirir, istirahət edirdilər. Lakin bina sakinlərin əlindən təzyiq və təsirlərdən sonra alındı. Biz "Gündəlik Bakı" qəzeti olaraq ciddi araşdırma aparacaq, sözügedən binanın AXC hakimiyyəti dövründə Əli Kərimlinin iştirakı ilə necə özəlləşdirilməsinə, eləcə də camaatın əlindən hansı yolla alınmasına aydınlıq gətirəcəyik. Həmçinin araşdırmalarımızdan sonra Gədəbəy rayon təhsil, maliyyə, o cümlədən mədəniyyət və turizm şöbələrinin "Makro Market"lə hansı əlaqələrinin olmasına da toxunacağıq. Eyni zamanda, AXCP sədri Əli Kərimli ilə marketlər şəbəkəsinin sahibinin münasibətlərinə də diqqət ayıracağıq. Bizi izləyin!
Gündəlik Bakı