“Palmali” şirkəti işçilərin maaşlarını verə bilmir..?
Tarix: 3-07-2015, 10:31 | Çap et
“Palmali” şirkəti işçilərin maaşlarını verə bilmir..?
Mətbuatda Mübariz Mənsimovun sahibi olduğu “Palmali” şirkətinin ciddi maliyyə böhranı ilə üz-üzə qaldığı barədə məlumat yayılıb. Məlumata görə, maliyyə böhranı səbəbindən şirkətin işçiləri 3 aydır ki, əmək haqqı ala bilmirlər. Şirkətin Bakı ofisinin rəhbərliyi işçilərə vəd verir ki, yaxın günlərdə Mübariz Mənsimov Türkiyədən pul yollayacaq. Amma pul gəlib çıxmır. Şirkətin maliyyə böhranı səbəbindən Mənsimovun sponsorluq etdiyi “Xəzər Lənkəran” klubu da maaşsız qalıb. Bir sözlə Mübariz Mənsimovun “maliyyə imperiyası” çöküş ərəfəsindədir. Yazılanlara aydınlıq gətirmək üçün Qafqaz Xəbər Agentliyinin müxbiri şirkətin Bakı ofisi ilə əlaqə saxlayıb. Müxbirimizin “Həqiqətənmi, işçiləriniz 3 aydır maaş almır?” sualına şirkətin əməkdaşı ( adını və soyadını demədi ) “Mən bu barədə heç nə deyə bilmərəm” cavabını verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net