Laçın Suvarma Sistemləri İdarəsinin texnikası hara «yoxa» çıxıb?
Tarix: 26-06-2015, 11:28 | Çap et
Laçın Suvarma Sistemləri İdarəsinin texnikası hara «yoxa» çıxıb?
Laçın rayon Suvarma Sistemləri İdarəsində acınacaqlı vəziyyət yaşanır. JAM.AZ-a məlumat verən rayon sakini, Qarabağ müharibəsi əlili Ramiz Əhmədov bildirir ki, idarənin rəisi Mahşallah Sadıqov büdcə vəsaitlərini mənimsəməklə yanaşı, həm də işçilərin maaşlarına göz dikib.

Onun bildirdiyinə görə, Suvarma Sistemləri İdarəsinin rəisi Mahşallah Sadıqovun işçilərinin əksəriyyəti başqa rayonlarda başqa işlərdə çalışırlar. Amma adları paralel olaraq idarədə də gedir. Ki, buradan da əmək haqqı ala bilsinlər. Elə istəklərinə də çatıblar. Çünki idarənin müdiri bu işdə onlara «yaşıl işıq» yandırıb. Nəticədə, işçilər başqa yerdə işləsələr də, Laçın Suvarma Sistemləri İdarəsindəndə pul alırlar. Amma aldıqları əmək haqlarının yarısını Mahşallah Sadıqova verməlidirlər.

Ramiz Əhmədov qeyd edir ki, sözügedən idarənin rəhbəri həmçinin tabeçiliyində olan texnikadan da pul çıxarır. JAM.AZ-a məlumat verən Laçın sakininin iddiasına görə, Mahşallah Sadıqov texnikanı imkanlı iş adamlarının balıq vətəgələrinə və fermalarına təhkim edib. Və bunun müqabilində aylıq haqqını alır.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net