Belə getsə, Bakcell-in ulduzu sönəcək... - ŞİKAYƏT
Tarix: 25-06-2015, 10:52 | Çap et
Belə getsə, Bakcell-in ulduzu sönəcək... - ŞİKAYƏT
Bakcell mobil operatoru ilə bağlı şikayətlər səngimir.

Bu barədə Arqument.Az-a abunəçilər tərəfindən müntəzəm məktublar göndərilir.

Həmin şikayətlərdə bildirilir:

"Bakcell operatorunun istifadəçiləri gündəlik internet paketindən istifadə edərkən balansdan hər gün üçün 0.10 manat çıxılır. Bu, ay ərzində 3 AZN edir. Verilən paketdə 25 Mb internet olur.

Bu paketlə sosial şəbəkələrə daxil olmaq, videorolikləri izləmək mümkün deyil. Problem isə başqadır, tutaq ki, telefonun balansında 20 Mb internet var, telefonu söndürüb, yenidən yandırdıqda isə bu, 3 Mb-ya düşür. Düzdür, hər dəfə olmasa da, əksər hallarda belə olur.

Digər bir problem isə Mb bitdikdə isə Bakcell-dən xəbərdarlıq mesajı gəlməlidir. Amma bu mesaj Mb bitir və balansdan 20-30 qəpik çıxdıqdan sonra gəlir. Yəni, abonentə Mb-ın bitdiyi barədə SMS vaxtında gələrsə, o, hər hansı internet resursundan istifadə etməz və əlavə konturu da çıxmaz. Gün ərzində SMS gecikməsi ilə çıxılan 30-40 qəpik kontur ay ərzində 9-12 manat edir. Bu, da kifayət qədər bahadır".

Məsələ ilə bağlı dəfələrlə Bakcell Müştəri Xidmətləri ilə əlaqə saxlanılsa da, problemi telefonun ayarları ilə bağlayırlar. Amma bu, bir nəfərdə olsa, başadüşülən ola bilər. Bakcell abonentləri ilə sosial şəbəkələrdə və canlı apardığımız sorğularımızda dediklərimiz əksini tapdı. Abonentlər bu cür haldan ciddi şəkildə narazıdırlar.

Araşdırmalarımız davam edir.

Şikayətlərlə bağlı sözügedən şirkətin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net