Ələkrəm Hümbətovun tərəfdarı hansı yolla varlanıb?
Tarix: 22-06-2015, 11:24 | Çap et
Ələkrəm Hümbətovun tərəfdarı hansı yolla varlanıb?
Şirvanda uşaq həkimi işləyən Rövşən Pənahov camaat arasında sələmçi kimi tanınır
Onu kriminal aləmlə əlaqəsi olan şəxslərlə nə birləşdirir?
Bildiyiniz kimi, büdcədən səhiyyə sektoruna ayrılan xərclər ildən-ilə artır. Bu, dövlət hesabına maliyyələşən səhiyyə müəssisələrinin müasir görkəm almasına, eyni zamanda ən son tibbi avadanlıqlarla təchiz olunmasına zəmin yaradıb. Səhiyyə xərclərinin artırılması öz növbəsində həkimlərin aylıq məvacibinə də təsir göstərir. Belə ki, əvvəlki illərlə müqayisədə həkimlərin hazırkı maaşı nisbətən qənaətbəxş hesab edilə bilər.
Amma həkimlərin yetərli hissəsi aylıq maaşlarının azlığından şikayətlənir və aldıqları məbləğlə dolana bilmədiklərini vurğulayırlar. Maddi çətinliklə üzləşən ağ xalatlılar özəl klinikalarda da işləməklə əlavə gəlir mənbəyi tapırlar. Bəzi həkimlər də var ki, onların pulunu belə desək, balta kəsmir. Hansı yolla pul qazandıqları isə bir qədər qaranlıq məsələdir. Şirvandakı mənbələrimizdən aldığımız məlumatlara görə, Mərkəzi Xəstəxanada uşaq həkimi işləyən Rövşən Pənahov adlı şəxs bir sıra qanundan kənar işlərə qol qoymaqla özünə geniş maliyyə imkanları yaradıb: "Onun Şirvan Şəhər Mərkəzi Xəstəxanasında özəl kabineti var. Burda uşaqları müayinə və müalicə edir. Xəstəxanada çalışan həkimlərin bir çoxunun maddi durumu elə də yüksək deyil. Onlardan fərqli olaraq Rövşən həkimin hər şeyi var. Bəlkə də respublikada onun kimi varlı ikinci həkim yoxdur. Bu adamın aylıq maaşı 300 manatdan artıq deyil. Buna baxmayaraq, Şirvan şəhərinin ərazisində çoxsaylı ticarət obyektləri, Bakı-Beyləqan şossesinin üzərində "Şimal" restoranı, köhnə bazarın ərazisində "Lombard"ı var". Mənbəmiz deyir ki, həkim əlindəki maliyyə imkanlarından lazımınca yararlanıb və Bakıda da bir sıra mülklərə sahib çıxıb: "Rövşən həkimin paytaxtın müxtəlif ərazilərində bir-birindən bahalı 3 mənzili var. "Gənclik" metrostansiyasının yaxınlığında qiyməti yarım milyondan artıq olan obyekt alıb. Bunlar hələ mənim bildiklərimdir. Deyilənə görə, başqa yerlərdə də obyektləri, evləri var. Maraqlısı onun bu qədər var-dövləti hansı yolla qazanmasıdır. Həkim maaşı ilə bunları etmək qeyri-mümkündür. O bundan sonra 100 il də yaşasa, aylıq məvacibi ilə milyonluq mülklər ala bilməz. Şirvanda və ətraf rayonlarda hamı bu adamı "Sələmçi Rövşən" kimi tanıyır. Çoxları pul lazım olanda həkimin qapısına üz tutur. Həkim yüksək faizlə həmin adamlara pul verib özündən asılı vəziyyətə salır. Faizi, yaxud pulu verə bilməyən şəxslər məcburiyyət qarşısında evini, maşınını itirməli olur. Uşaq həkimi bu yolla neçə-neçə insanın bədbəxtliyinə səbəb olub. Faizə verdiyi pullar çox oğlanın belini büküb". Etibarlı mənbə adıçəkilən şəxsin kriminal aləmlə bağlı olan insanlarla əlaqəsinə də toxundu: "Azərbaycanın hüquq-mühafizə orqanları bütün bölgələrdə asayişi bərqərar edib, lakin bəzi şəxslər hələ də kriminal avtoritetlərin yardımına ümid bəsləyir. Rövşən həkim Şirvanda guya kriminal aləmlə əlaqəsi olan şəxs kimi tanınan Rahili özünə "krışa" seçib. Ona aylıq verərək özünü mövcud təhlükələrdən sığortalayır. Bir maraqlı məqamı qeyd etmək istəyirəm. Söhbətini apardığım həkim əslən cənub bölgəsindəndir. Həkimə yaxın şəxslərin birindən eşitmişəm ki, onun Ələkrəm Hümbətovla münasibətləri var. Ələkrəm Hümbətovun kim olduğunu və nəyə xidmət etdiyini isə bilməyən yoxdur. Bu barədə deyilənlər məndə həkimin məhz Ələkrəm Hümbətovun tərəfdarı olması şübhəsini yaradır". Əldə etdiyimiz məlumatda həmçinin həkimin və oğlunun bahalı maşınları haqda da qeydlər var: "Rövşən həkimin oğlu Sənan diş həkimidir. Atası 788 dövlət nömrə nişanlı "Toyota Land Cruiser"də, özü isə ən son model "Mercedes"də gəzir, nömrəsi 055-dir". Gələn saylarımızda Rövşən Pənahov "krışa"lıq edən Rahil adlı şəxsin keçmişi, həmçinin Sənanın atasının puluna arxayın olaraq törətdiyi özbaşınalıqlar barədə şok faktları açıqlayacağıq. Bizi izləməyə davam edin. Sonda Səhiyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən R.Pənahovun fəaliyyətini araşdırmalarını xahiş edirik. Ki, araşdırsınlar görək onda bu qədər pul hardandır.
Mənbə




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net