Prokuror rəisdən təqdimat yazdı, nazirlik baxmadı - filialda müdhiş saxtakarlıq
Tarix: 16-06-2015, 10:43 | Çap et
Prokuror rəisdən təqdimat yazdı, nazirlik baxmadı - filialda müdhiş saxtakarlıq
Zərdab rayon, S.Abdullayev küçəsi ev 35-də yaşayan Sahib Məmmədov Mia.az-a şikayət məktubu göndərib.

Şikayətçi yazır ki, Zərdab Poçt filialının binası 2013-2014-ci ildə əsaslı təmir olunub:

«Əsaslı təmir zamanı binadan sökülən yararlı tikinti materialları satılıb. Hətta təmir zamanı binadan sökülən bir ədəd yararlı dəmir qapı mənim adıma saxta sənədlər yazılmaqla, oğurlanıb. Həmin qapını isə Zərdab Poçt filialının rəisi Şəmsi Əhmədov öz evinə aparıb. Mən bu barədə «Azərpoçt» MMC-yə, Rabitə Nazirliyinə və 15.04.2014-cü il tarixdə Zərdab rayon Prokurorluğuna müraciət etdim. Aidiyyatı orqanlara muraciətimdən sonra Zərdab PF-nin rəisi Şəmsi Əhmədov Zərdab rayon İcra Hakimiyyətinin Başçısına 18 aprel 2014-cü il tarixdə mənim haqqımda böhtandan ibarət müraciət yazdı və mən 28.04.2014-cü il tarixdə saat 11:30-da ayaqyoluna düşən zaman işdə olmamağım barədə akt tərtib edərək töhmət verdi».

Sahib Məmmədov yazır ki, 19.05.2014-cü il tarixdə isə Zərdab PF-nın rəisi Şəmsi Əhmədovun tapşırığı ilə Zərdab PF-nın Həmkarlar İttifaqı heyətinin iştirakı ilə onun işdə qalıb-qalmamağım barədə iclas keçirilib:

«Məni müzakirəyə çıxarsalar da, öz gözlərindəki tiri görməkdən yayındılar. Hansı ki, Zərdab Prokurorluğunda Poçt filialından qanunsuz yolla aparılan bir ədəd yararlı dəmir qapının PF-nın rəisi Əhmədov Şəmsi tərəfindən aparıldığını və mənim haqqımda yazılan müraciətin yalan və böhtan olduğu sübut edilib. Bu barədə məndə Zərdab rayon Prokurorluğunun qərarı var. Onu da bildirim ki, Zərdab Prokurorluğu Şəmsi Əhmədovun etdiyi qanun pozuntusu haqqında nazirliyə təqdimat göndərsə də, bu günə kimi onun barəsində heç bir tədbir görülməyib».

Şikayətçi yazır ki, işinə bərpa ilə bağlı məhkəmyə də üz tutub:

«Şəmsi Əhmədov öz qanunsuz əməllərini ört-basdır etmək üçün hətta qanunları belə tanımaq istəmir. Bu adamın saxtakarlığı elə səviyyəyə çatıb ki, nəinki vəzifədə qalması, hətta barəsində cinayət işinin açılması da qaçılmazdır. Baxın, sizə rəisin növbəti saxtakarlığını təsdiq edən iki sənəd göndərirəm. Bunlar filialda sürücü-inkasator işləyən Ülvi Əbülfət oğlu Sərxanlının adına verilmiş iki mühasibatlıq sənəddidir. Bu sənədlərin hər ikisi eyni nömrə və tarixlə mühasibat sənədlərinə əlavə olunub. Bunların birində adıçəkilən şəxsin vəzifə maaşı 244 manat 50 qəpik, digərində isə 400 manat yazılıb.

Bu arayışlar saxta yolla «VTB bank»dan kredit almaq üçün təqdim olunub. İndi "Azərpoçt”un rəisindən,igər aidiyyatı orqanlardan və prokurorluqdan soruşuram, niyə bu saxta arayışlar araşdırılmır? Niyə bunlara hüquqi qiymət verilmir?».

Məsələ ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.

Vertikal.az saxta və həqiqi mühasibat sənədlərini də təqdim edir. Buna şərh vermək, cavabdeh şəxslər haqda tədbir görmək isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "VTB bank"ın birbaşa vəzifəsidir. Gözləyirik...

Prokuror rəisdən təqdimat yazdı, nazirlik baxmadı - filialda müdhiş saxtakarlıq
Prokuror rəisdən təqdimat yazdı, nazirlik baxmadı - filialda müdhiş saxtakarlıq





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net