«GDU-nun məmurları həyatımı dözülməz hala hala salıblar»
Tarix: 2-06-2015, 11:05 | Çap et
«GDU-nun məmurları həyatımı dözülməz hala hala salıblar»
«Mayın sonuncu iş günü GDU ilə mənim aramda 14-cü məhkəmə prosesi başa çatdı və qərar oxundu. Təqribən 3 il əvvəl işə bərpa iddiamı təmin etməyən Rəhman Mudarov (buna etiraz olaraq 52 və 29 gün davamlı aclıq aksiyası keçirmişəm və bununla əlaqədar sağlamlığımı itirmişəm) 2 dəfə Ali Məhkəmədən qaytarılmış məhkəmə işini biabırçı səviyyədə aparıb». Vertikal.az xəbər verir ki, bu fikirlər Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyevin Milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanladığı müraciətdəndir.

O, müraciətində iddia edib ki, GDU-nun hüquq məsləhətçisi Günay Şirinovanın gizli fəaliyyəti nəticəsində Rəhman Muradovla hansısa razılaşma əldə olub. «Yəqin ki, mənim yeni kassasiya şikayəti yazmayacağımı bildirərək, aclıq aksiyalarının sağlamlığıma vurduğu ziyana görə təzminat iddiamı təmin etmədi. Mənim əmək haqqımın arayışda düzgün göstərilmədiyini bildirən vəsatətimi də təmin etməyən bu hakim, bir dəfə artıq məni faktiki olaraq öldürdüyünə baxmayaraq, indi də müalicə olunmaq imkanımı əlimdən alır».

Fikrət Hacıyev vurğulayıb ki, GDU rəhbərliyi Gəncə Apellyasiya Məhkəməsinin hakimləri ilə əlbir olub, Xocalı soyqırımından sonra könüllü Milli Orduya yazılan tək universitet əməkdaşını məhv etmək istəyirlər. «Hüquqdan xəbəri olmayan Günay Şirinovanın diplomunun saxta olma ehtimalının yoxlanılması və mənim adıma olan [email protected] e-mail ünvannından Əliqulu müəllim haqqında biabırçı məlumatların yayan şəxsin İP ünvanına görə, tapılması üçün bir neçə saat (bəlkə də dəqiqə) bəs edərdi. Həmin şəxslər indi bütün vasitələrlə həyatımı dözülməz hala salırlar. Xahiş edirəm kömək edin. Bir də Gəncə Apellyasiya Məhkəməsinin hakimlərini bir müharibə veteranını məhv etməyə nə vadar edir? Axı Respublika Prezidenti dəfələrlə müharibə veteranlarının şikayətlərinə diqqətlə yanaşmağı tapşırıb. Bu məhkəmənin hakimləri isə mənim əmək haqqımın və sağlamlığıma vurulan ziyana görə təzminatın ödənilməməsi üçün dəfələrlə ciddi qanun pozuntularına yol veriblər».





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net