DSMF: 250-dən artıq hərbçinin əmək pensiyası yenidən hesablanıb
Tarix: 11-01-2022, 12:53 | Çap et
DSMF: 250-dən artıq hərbçinin əmək pensiyası yenidən hesablanıb

“2017-ci ilin 1 iyununa qədər müvafiq qurumda xidmət etmiş şəxslər var idi ki, xidmətdən azad olunmuşdu. DSMF tərəfindən vaxtilə həmin şəxsə pensiya təyin olunub. Həmin şəxs yenidən xidmətə cəlb olunduğuna görə onların pensiya ödənişi dayandırılıb”.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib. Onun sözlərinə görə, DSMF tərəfindən araşdırmadan sonra qanunvericiliyin tələbləri nəzərə alınmaqla həmin şəxslərin pensiya ödənişlərinin dayandırılmamalı olduğu müəyyənləşdirilib: ”Bu say yüzlərlə idi. Rəhbərliyin tapşırığına əsasən, həmin şəxslərin pensiya ödənişləri tam məbləğdə bərpa edilib. Həmin vəsaitlər hazırda vətəndaşlara ödənilməkdədir. Eyni zamanda, hərbi qulluqçuların təminat xərcinə əlavələr də yenidən hesablanıb. Həmin hərbi qulluqçuların təminat xərcində olan əlavələrin hesablanmasında nöqsanlar var idi. Nöqsanların aradan qaldırması nəticəsində 250-dən artıq hərbçinin əmək pensiyası yenidən hesablanıb. Nəticədə pensiya məbləğlərində müəyyən faiz nisbətində artımlar həyata keçirilib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net