Bakıdan “Kayrat”ı aparan təyyarə qəzaya uğradı
Tarix: 22-10-2021, 10:04 | Çap et
Bakıdan “Kayrat”ı aparan təyyarə qəzaya uğradı
Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşan “Kayrat” Bakıdan Qazaxıstana qayıdanda qəzaya uğrayıb.

Unikal.org Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, komandanı ölkəyə qaytaran hava gəmisi Almatı Hava Limanında avtomobillə toqquşub.
Yerli vaxtla səhər saat 7 radələrində baş verən fövqəladə hadisə zamanı “Renault” markalı avtomobil “FlyJet” şirkətinə məxsus təyyarənin altında qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır və bununla bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net