Deputatın 4 yaşlı uşaqla bağlı müraciəti müsbət həllini tapıb
Tarix: 5-04-2021, 15:42 | Çap et
Deputatın 4 yaşlı uşaqla bağlı müraciəti müsbət həllini tapıb

"Balaca balamız Cəfərli Tahirin təkərli oturacaqla təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətimiz müsbət həllini tapıb".

"Report"un xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Emin Hacıyev özünün feysbuk hesabında yazıb.

"Dövlətimizin fiziki məhdudiyyəti olan şəxslərə diqqət və qayğısının növbəti təsdiqidir ki, fenilketonuriya xəstəliyindən əziyyət çəkən 4 yaşlı balaca balamız Cəfərli Tahir Məhəd oğlunun təkərli oturacaqla təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız müraciət qısa müddət ərzində həllini tapmış, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən balaca dostumuz təkərli oturacaqla təmin olunub. Əlilliyi olan şəxslərin sosial təminatının, tibbi-sosial reabilitasiyasının təkmilləşdirilməsi və bu istiqamətlərdə müvafiq işlərin ildən-ilə gücləndirilməsi bir daha dövlətimizin əlilliyi olan şəxslərə diqqət və qayğısının bariz nümunəsidir.


Eyni zamanda qeyd etmək istərdik ki, cəmiyyətin sosial qayğılarını daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun xətti ilə indiyədək 100 minlərlə vətəndaşımız respublikada, həmçinin ölkə hüdudlarından kənarda müayinə və cərrahiyyə əməliyyatı olunmuş, müalicə reabilitasiya kursları keçib.

Heydər Əliyev Fondu ölkəmizdə təhsilin, səhiyyənin və mədəniyyətin, idmanın inkişafına, insanların konkret qayğı və problemlərinin həllinə və Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verir. Bu yöndə görülən işlər cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir. 4 yaşlı Cəfərli Tahir Məhəd oğlu ilə görüş zamanı valideynləri övladlarının qısa müddət ərzində təkərli oturacaqla təmin olunmasına ölkə başçısına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlıqlarını bildiriblər", - deputat bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net