Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığorta ödənişinin alınması üçün ərizə forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 6 dekabr tarixli qərarı ləğv edilib.
Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Bundan əvvəlki qərarı həmin dövrdə nazir işləyən Səlim Müslümov imzalamışdı.
Həmin qərarla sığorta ödənişinin alınması üçün ərizə forması, sığorta ödənişinin alınması üçün ərizəyə əlavə olunan sənədlərin siyahısı təsdiq edilmişdi.
Sahil Babayevin qərarı isə “İşsizlikdən sığorta haqqında” qanuna 2020-ci ilin 7 avqustunda edilən dəyişikliklərlə əlaqədardır.
Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur.
S.Babayevin qərarı martın 5-dən qüvvəyə minib.