2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılır.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilməsi təklif olunur.
Bundan əvvəl DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.
Qanun layihəsi komitədə səsə qoyularaq Milli Məclisin sabah keçiriləcək plenar iclasına tövsiyə edilib.