Azərbaycanda 421 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib
Tarix: 21-06-2020, 14:38 | Çap et
Azərbaycanda 421 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 20 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 207 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 421 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 100-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Gəncə şəhərində "Ulduz" kafesi, "Əminə market", "Araz market", "Təbriz" market, "Nur" market , Məhsəti Mehtiyeva Zülfiqar qızına, Əsgərov Könül Məmmədəli oğluna, Xəlilov Nail Məzahir oğluna məxsus ərzaq mağazaları

Şabran rayonunda “Mini market” ərzaq mağazası

Neftçala rayonunda Hüseynova Səmayə Qurbanxan qızına, Əsgərova Zülfiyyə Ərman qızına, Cəfərov Zakir Adıgözəl oğluna məxsus ərzaq mağazaları, Əsədli Azər Rəqib oğluna məxsus kafe

Göyçay rayonunda “İki qardaş” market, “Aysu” market

Qəbələ rayonunda “Turist” market, “Tufandağ” market, Məhərrəmov Babək Mayıl oğluna məxsus market, “Həyat” kafesi

Tovuz rayonunda Paşayev Elçin Mustafa oğluna məxsus kafe

Lənkəran şəhərində “Köz Dönər” restoranı, “Qardaşlar” kafesi

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net