2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 736,2 manat təşkil edib.
“APA-Economics” bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu gös.tərici də 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7% çoxdur.
Xatırladaq ki, 2020-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9% artaraq 744,5 manat təşkil edir