Bakının Nərimanov rayonunda yerləşən "Neptun" supermarketində satılan moruq, malina və qarağatın qiyməti hər kəsi təəccübləndirib.
Unikal-ın məlumatına görə, kiçik paketlərdə satılan qarağat 45.50 AZN, moruq 55.50 AZN, malinanın qiyməti isə 33.50 AZN-dir.
Mağaza satıcılarının bildirdiyinə görə, həmin meyvələr yerli məhsullardır.