Bakcell müştərilərinin zənglərinə cavab vermir
Tarix: 8-08-2018, 06:58 |
Çap et
Bakcell abunəçiləri suallarını və şikayətlərini bildirmək üçün müştəri xidmətləri ilə əlaqə yarada bilmir.
Finans.az-a daxil olan məlumata görə, Bakcell abunəçiləri məlumat mərkəzinin operatorları ilə əlaqə saxlaya bilmir. Belə ki, abunəçilərin sözlərinə görə, onların zəngi cavablandırılmır. Məsələnin doğruluğundan əmin olmaq üçün Bakcell-in məlumat mərkəzinə (555) zəng etdik, lakin operatorla əlaqə saxlamaq mümkün olmadı. Şəhər nömrəli (012-498-89-89) məlumat mərkəzi ilə əlaqə saxladıqda isə zəngimiz cavabsız qaldı.