"Nurgün-Motors"la bağlı daha bir NARAZILIQ! - Nuru Əliyevin şirkətinə İTTİHAM
Tarix: 28-08-2017, 13:49 | Çap et
"Nurgün-Motors"la bağlı daha bir NARAZILIQ! - Nuru Əliyevin şirkətinə İTTİHAM
Azərbaycanda “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgun Motors" şirkətindən narazılıqlar günü-gündən artır. Bir çox hallarda köhnə avtomobillərin yeni adıyla satılması, kredit və lizinq faizlərinin hədsiz yüksək olması, alıcıya məcburi "Rəvan sığorta"nın sırınması, servis qiymətlərinin dəfələrlə baha olması və sair amillər nəticəsində bu şirkətin bazardakı imicini tamamilə məhv edib.

Bildiyimiz kimi, "Nurgun" şirkətlər qrupu və onun sirli rəhbəri Nuru Əliyev Azərbaycanın ən köklü monopolistlərindən biridir. Onun monopoliya həvəsi "Nurgun Motors"un da fəaliyyətinin əsas prinsipidir. Buradan nağd, kredit və ya lizinqlə avtomobil alan şəxs fərqinə varmadan monopoliya toruna düşür və sonradan baş verən hadisələrdən, təəssüf ki, onu nə qanunlar, nə dövlət qurumları qorumur. Yaxud hansısa səbəblərdən qorumaq istəmir.

Məsələn, "Nurgun Motors"dan lizinqlə avtomobil almaq istəsəniz, görün sizi hansı tora salacaqlar:

1. Avtomobili mütləq "Aypara lizinq" şirkətindən alacaqsınız.

2. Lizinq və ya kredit faizlərini mütləq "NBC bank" təyin edəcək. Məsələn, 5 illik lizinq və ya kredit şərtləri ilə avtomobil alsanız, avtomobilin dəyərindən daha çox faiz ödəyəcəksiniz.

3. Mütləq "Rəvan Sığorta"da kasko sığorta etdirməlisiniz və öncədən pulunu ödəməlisiniz.

4. Sıorta üçün müraciət ərizənizə mütləq sizin mənafeyinizə və Azərbaycan qanunvericiliyinə zidd müddəlar daxil ediləcək və sizə "bu adi müraciət ərizəsidir, zəhmət olmasa bura qol çəkin" deyib, sizi aldadacaqlar.

5. Avtomobili yalnız "Nissan Servis" mərkəzlərində od qiymətinə təmir etdirə bilərsiniz. Adi yağ dəyişməni belə, başqa servisdə etsəniz, sizin qarantiyanızı ləğv edəcəklər.

6. Aldığınız avtomobilin doğrudan da yeni və orijinal olduğuna heç bir təminat yoxdur.

7. Hər hansı qəza törədildikdə kasko sığortanızı ala biləcəyinizə dair heç bir təminat yoxdur.

Gördüyünüz kimi, yuxarıda adıçəkilən bütün qurumlar "Nurgün" şirkətlər qrupuna daxildir və bu, açıq-aşkar istehlakçı hüquqularının kobud sürətdə pozulmasıdır. Bəs görəsən, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə digər aidiyyatı qürumlar buna niyə göz yumur?

"Rəvan Sığorta"nın lisenziyası ləğv olunmalıdır

Bu ilin əvvəlində “Rəvan Sığorta” ASC tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təhrif edilmiş hesabatların təqdim edilməsi faktı müəyyən olunub.

“Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən, MBNP tərəfindən ASC-nin İdarə Heyətinin sədri, baş mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa edilməsi və məcmu kapitalının artırılması barədə “Rəvan Sığorta”ya icrası məcburi olan yazılı göstəriş - təqdimat verilib.

Bu il həmçinin Vergilər Nazirliyi saxta defekt aktı tərtib edərək dələduzluğa əl atdıqları üçün “Rəvan Sığorta”ya və "Nurgün Motors"a maliyyə sanksiyası tətbiq edib.

Ələt qəsəbə sakini Müşfiq Haşımov avtomobilinə dəyən külli miqdarda zərəri, ortada məhkəmə qərarı olsa da, "Rəvan Sığorta"dan kasko sığortasını ala bilmir.

Bakı sakini Qasımova Sevinc aylardır qəza nəticəsində zədələnən avtomobilinin təmiri üçün "Rəvan Sığorta"dan kasko sığortasını ala bilmir.

Tanınmış vəkil vəkil Ceyhun Yusifov da hüquqları pozulanlar arasındadır.Vəkilin sözlərinə görə, adıçəkilən sığorta şirkəti müştəriləri aldadır, üzərinə düşən öhdəliyi yerinə yetirmir.

"Şirkətlə müştəri arasında bağlanan sığortanı ləğv etmək mümkün deyil. Vətəndaşlardan əsassız olaraq əlavə xərc tələb olunur. Heç bir vətəndaş öz hüququndan istifadə edə bilmir. Sığorta öhdəlikləri yerinə yetirilmir. Avtomobilin keyfiyyətsizliyi ilə bağlı müraciətlər cavabsız qalır, verilmiş zəmanət yerinə yetirilmir", - C.Yusifov bildirir.

Vəkil bildirir ki, müqavilə şərtlərinin ziddinə olaraq, "Rəvan Sığorta"nın əməkdaşları qəza baş verən zaman hadisə yerinə gəlmirlər. "7-8 ay əvvəl avtomobilimdə qəza baş verdi, 1 manat da sığorta ödəmədilər. Şirkətdə çalışan Mayıl Nuriyev adlı şəxsə iradımı bildirdikdə isə "gedin, kimə istəyirsiniz deyin" cavabı verir", - deyə vəkil əlavə edib. Vəkil mətbuat vasitəsilə vətəndaşlara müraciət edərək, "Rəvan Sığorta"da müştərilən aldadıldığını və mütləq ehtiyatlı olmağı tövsiyə edib.

Faktların sayını artırmaq da olar. Onlar saysız-hesabsızdır.

Fikrimizcə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu qurumu növbəti dəfə ciddi təftiş etməli və maliyyə bazarının sağlamlaşdırılması məqsədi ilə bu kimi qurumların ləğvi istiqamətində ciddi addımlar atmalıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net