Nazim İsmayılov və komandasının Sabirabad talanı: kimlər nədən qazanır?
Tarix: 10-01-2017, 07:54 |
Çap et
Bir müddət öncə İlham Əliyev Nazirlər Kabinetinin toplantılarının birində bəzi nazirliklərə, icra başçılarına sərt xəbərdarlıq etmişdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi. Prezidentin bu çıxışından sonra gözlənilirdi ki, bir sıra nazirliklər və icra başçıları öz fəaliyyətlərində dönüş yaradacaq və sahibkarlardan müxtəlif təzyiqlərlə “haqq” almaqdan imtina edəcəklər. Lakin çox təəsüf hissi ilə bildiririk ki, bir çox icra başçıları hələ də prezidentin sərt göstərişindən lazımı nəticə çıxarmayıblar. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və rəsmən təksib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalardan belə aydın olur ki, Sabirabad rayonunda sahibkarlardan zorla pul toplanır və prezidentin rayonların abalşadırılması və sosial inkişafını təmin edilməsi üçün ayırdığı vəsaitlər mənimsənilir.
Birinci müavinin fironluğu
Sabirabad haqda yayılan məlumata görə rayon icra başçısı Nazim İsmayılov birinci müavini Həsən Həsənovla birlikdə rayondakı büdcə təşkilatlarına və rayonda sahibkarlıqla məşğul olan insanlara aylıq “haqq” qoyublar.Beləki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rastlanan məlumatda bildirilir ki, rayondakı büdcə təşkilatları ilə aparılan “haqq hesab” işlərini icra başçısı adından müavini Həsən Həsənov görür. Bütün “haqq-hesab kitablarını” öz əlində tutan birinci müavin hamıya büdcə təşkilatlarından və sahibkarlardan yığdığı vəsaitləri rayonun abadlaşdırılması və tikinti işləri üçün xərcləndiyini bildirir. Amma bu da bir faktdır ki, abadlıq və yenidənqurma işlərinin aparılması üçün ölkə prezidenti büdcədən, prezident fondundan və yerli icra hakimiyətinin fondundan kifayət qədər vəsait ayırır. Bu halda Həsən Həsənov hansı abadlıq işlərinin aparılması üçün büdcə təşkilatlarından və sahibkarlardan pul toplayır və hansı əsasla? Əslində Sabirabadda hamı yaxşı bilir ki, Həsən Həsənovun yığdığı vəsaitlər birbaşa icra başçısı Nazim İsmayılova çatır. Başçı isə öz növbəsində həmin vəsaiti özünün şəxsi işləri üçün xərcləyir. Həsən Həsənovun Nazim İsmayılov üçün vəsait yığmasının əvəzində isə icra başçısı Sabirabad rayonunda həyata keçirilən bir çox abadlıq, tikinti işlərini müavininə həvalə edib.
Digər müavinlərin şərikliyi və baş maliyyəçinin rolu
Həsən Həsənov öz növbəsində digər müavin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənovla birləşərək tikinti işlərini özlərinə yaxın şəxslərə məxsus şirkətlərə verirlər. Bu işdə hər iki müavinin başqa bir ortağı isə rayon maliyyə idarəsinin müdiri Hüseynağa Gülüşovdur. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və rəsmən təksib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalardan belə aydın olur ki, məhz “bu üçlük hər il rayonun daxili büdcəsindən ayrılan milyonlarla manatlıq abadlıq, tikinti işlərini öz nəzarətlərinə almaqla külli miqdarada qazanc əldə edirlər”, deyə məlumatlı şəxs bildirir. Qeyd olunur ki, icra başçısının müavinlərinin şirkətləri əsasən şəhər yollarının, səkilərinin, parkların təmiri işlərində daha çox aktivdirlər. Həmin şirkətlər il ərzində 10-12 tenderin qalibi olmaqla ümumilikdə bir neçə milyona yaxın işlərin görülməsini həyata keçirirlər. Həyata keçirilən işlərdə isə şişirtmlərə yol verildiyi və alınan, istifadə olunan mal matrealların qiymətlərinin bir neçə dəfə artırıldığı deyilir. Şişirdilən qiymətlərdən isə bəhrələnən Həsən Həsənov, Vahid Həsənov və Hüseynağa Gülüşov üçlüyüdür. Bildirilir ki, bir qayda Hüseynağa Gülüşov əsasən ayrılan vəsaitlərdən 10 faizlik “haqq” götürür. Həsən Həsənovla Vahid Həsənov isə daha böyük maliyyə maxinasiyaları ilə məşğuldurlar. Yəni onlar qiymətlərin şişirdilməsi vasitəsi ilə ümumi vəsaitin təxminən 50-55 faizini mənimsəyirlər. Bu əməliyyatda rayon icra başçısı Nazim İsmayılovunda payının olduğu deyilir. Çünki şikayətçinin bildirdiyinə görə hər iki müavin qazandıqları vəsaitləri icra başçısının xəbəri olmadan mənimsəyə bilməzlər.
Xanım məmur haqda iddia
Sabirabad rayon icra başçısı və onun komandası ilə bağlı mediada yer alan məlumatlarda Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayevanın da adı hallanır. Xanım məmur haqda mediada yer alan məlumatların bir hissəsini cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: ” rayonda bütün idarə və abyektlərə məhz Şahnaz xanım himayədarlıq edir. Rayon ərazisində olan apteklərə və baxçalara da cavabdehliyi Sahnaz xanım daşıyır. Bir neçə baxçadan əldə etdiyimiz məlumata görə baxcalara verilən ərzaqlar da mənimsənilir. Məsələn: Sabirabad rayon Nizami kənd baxçası viran qalib. Görəsən İcra başçısı heç adı çəkilən kənddə olubmu? Görəsən bir dəfə belə olsa Nizami kəndilə və kənd baxçası ilə maraqlanıbmı?..Baxçada uşaqların supdan başqa heç bir yeməklə tanışlıqları yoxdur. Baxçanin uşaqları isti yer üzünə də həsrətdir. Baxçalara verilən yanacaq və odun da baxça adıyla mənimsənilir. Təbii ki, Şahnaz xanımın bu işdə də əli var. Şahnaz xanım təhsil inventarlarından tutmuş baxçalara verilən ərzaqlara kimi sahib çıxıb. Şahnaz xanımın, tək Sabirabadda 5 – 6 şəxsi aptekləri də var. Şahnaz Babayeva QREST adlanan yataqxananı özəlləşdirərək rayon sakinlərinə 70 – 80 manata kirayəyə verir”.
Sabirabad icra başçısı və müavinlərinin digər maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin…