Şərifova nəzarət mexanizmi yaradılır – Nazirliyin strukturları təftiş olunacaq
Tarix: 9-01-2017, 14:48 |
Çap et
Azərbaycan manatının dollara nisbətdə hər gün sürətlə düşməsi ölkənin maliyyə bazarını iflic etməkdədir. Milli bankın rəhbəri Elman Rüstəmovun “növbəti ilə 5 milyartd kəsirlə gedirik” kimi açıq etirafı vəziyyətin nə qədər ciddi olduğunu anlatmış oldu.
Ümumiyyətlə, bu prosessdə maliyyə nazirliyinin, daha doğrusu nazir Samir Şərifovun ciddi çıxış yolu əldə edə bilməməsi aydın görünməkdədir. Ölkənin maliyyə bazarına nəzarət etməli olan bir qrum və onun rəhbərinin fəaliyyəti bütün formalarda göz qabağındadır.
Bütün bunların fonunda vitse prezident olmaq arzularının hər gün puç olduğunu hiss edən Samir Şərifovun diğər layihələri də iflasa uğramaqdadır. Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin məhkəmədə səsləndirdiyi ittihamlar, məhkəmə prosesslərində nazir Samir Şərifovun adını dəflərlə hallandırması kimi faktlar nazirin reytinqini demək olar sıfra endirib.
Nazirin nəzarətinə verilən “Baku Bus” MMC-nin fəaliyyətindəki geriləmələr, kadrı sayılan Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlinin müxtəlif qruplaşmalarla bağlı əlaqələrinin ortaya çıxması, Beynəlxalq Banka təyin etdirdiyi adamı Elmar Məmmədovun qısa bir zamanda vurulması və diğər sadalamadığımız faktlar göstərir ki, Samir Şərifov zəif fiqura çevirilib.
Bizimxeber.az-a daxil olan məlumata görə, növbəti ildə Azərbaycan maliyyə bazarında daha ciddi problemlərin olması qaçılmazdır. Bu konteksdə Samir Şərifovun bu postda qalması və ya onun arxayınlıqla büdcədəki vəsaiti sağa-sola xərcləməsi sual altına düşür.
Ölkədə maliyyə vəziyyətinin gərgin olduğu bir dönəmdə nazirin vəzifədən uzaqlıaşdırılması real görünməsə də, mənbələr Samir Şərifov üçün bir nəzarət mexanizminin hazırlanmasını qaçılmaz hesab edir. Məlumata görə, maliyyə nazirliyində struktur islahatlarına başlanacaq. Regional maliyyə idarələrinin yaradılması ilə yanaşı dövlət büdcəsinin necə xərclənməsinə nəzarət edən yeni model işə salınacaq.
Bəlli olduğu kimi, əvvəlki illərdə maliyyə nazirliyinin dövlət büdcəsindən ayrılan vəsaitə nəzarəti yetərli olmayıb. Əsasən yerli icra strukturları ayrılan vəsaiti talan edib ki, ortada konkret işlər yoxdur. Bu əsnada maliyyə nazirliyinin özünə nəzarətin güclənmdilirməsi gündəmə gəlib. Bir sözlə, Samir Şərifovun fəaliyyəti təftiş olunacaq.