İQTİSAD UNİVERSİTETİ QIŞ YIĞIMINA BAŞLADI
Tarix: 21-10-2016, 08:08 | Çap et
İQTİSAD UNİVERSİTETİ QIŞ YIĞIMINA BAŞLADI
Azərbaycan Dövlət İqtisad Universitetində qış yığımına başlanıb.

Conflict.az xəbər verir ki, əldə edilən xəbərə görə, semestr imtahanları üçün hazırlıq və danışıqlar başlanıb.

Bu proses bir az erkən start götürsə də, məqsəd daha çevik olmaqdır. Hər semestrdə ADİU-da tələblər soğan qabığı kimi soyulur. Bəziləri isə imitasiya xatirinə pulsuz imtahandan keçir. Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından sonra təhsil ocağı kifayət qədər geriləyib.

İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluqla bağlı müraciətlər artıb.

Məlumata görə, Ədalət Muradov ADİU-nun rektoru postuna 2014-cü ilin mart ayında təyinat alıb. Buna qədər isə universitetə Şəmsəddin Hacıyev rəhbərlik edib. Düzdür, Şəmsəddin Hacıyevin zamanında da universitetdə hər şeyin ideal vəziyyətdə olduğunu iddia etmək olmaz.

Ədalət Muradovun gəlişindən sonra isə onunla bağlı gözləntilər puça çıxıb. Hazırda qış imtahanları üçün tələbələrdən pul istənilməsinə başlanıb. Rəhbərlik isə rüşvət faktorunu hər zaman təkzib edir.

Ədalət Muradov rektor təyin olunandan sonra universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb.

Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib. Buna görə də imtahanlara görə və digər prosedurlar üçün təyin olunmuş “qiymətlər” də artıq konkret rəqəmlərdə ifadə olunurlar.

Məsələn, dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 600 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 700 manat məbləğində “ödənişlər” müəyyən edilib.

Qarşı tərəfi dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net