Cəbhədə müharibə, Laçın təhsilində korrupsiya - Şikayət
Tarix: 7-04-2016, 09:18 | Çap et
Cəbhədə müharibə, Laçın təhsilində korrupsiya - Şikayət
Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində ciddi qanun pozuntularına yol verdiyini iddia edir.

Bu barədə Vizual.az-a müraciət edən rayon sakini Malik Vəliyevin yığdığı küllü miqdarda rüşvəti ort- bastır etmək üçün yuxarı dairələrdəki "daydaylarının” köməyindən istifadə etdiyini deyib:

"Təhsil Nazirliyindəki havadarına yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunub. Fürsətdən istfadə edib Hörmətli Cənab Təhsil naziri Mikayıl Cabbarova təkcə bir sual ünvanlamaq istirəm. Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Qozlu tam orta məktəbinin direktoru Səfərov Rəhman məktəbdə yol verdiyi ciddi qanun pozuntularına görə Cənab Təhsil naziri Mikayıl Сabbarov tərəfindən işdən çıxarılmış və Laçın rayon prokrorluğunda barəsində istintaq işi başladılmışdır. Görəsən cənab nazirin xəbəri varmi ki M.Vəliyev Rəhman müəllimdən yüksək məbləğdə rüşvət alaraq direktor vəzifəsinə gəlinini təyin edib?

Laçın rayon Təhsil şöbəsini korrupsiya yuvasına çevirən Malik Vəliyev Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Xocavənd rayon təhsil şöbələrini də həraca çıxaracaq.”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net