Sosial Müdafiə, yoxsa İntihar Mərkəzi?
Tarix: 17-03-2016, 09:14 | Çap et
Sosial Müdafiə, yoxsa İntihar Mərkəzi?
Bir neçə gün əvvəl xəbər vermişdik ki, İmişli rayon Sosial Müdafiə Mərkəzində intihara cəhd olub. JAM.AZ-a verilən məlumatda vurğulanırdı ki, Elvin adlı şəxs ondan ünvanlı sosial yardım verilməsi müqabilində 800 manatın istənilməsinə etiraz olaraq, üzərinə benzin tökərək yandırmaq istəyib.

Lakin görünən odur ki, İmişli Sosial Müdafiə Mərkəzi, təkcə, ünvanlı sosial yardım verən qurum olaraq deyil, həmçinin intihar mərkəzinə də çevrilməyə başlayıb. JAM.AZ-a verilən məlumata görə, iki gün öncə sözügedən dövlət qurumunun qarşısında daha bir intihara cəhd hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini Mərkəzdə ondan ünvanlı sosial yardım alması müqabilində 1000 manat pul istədiklərindən, öz canına qıyıb.

Məlumatı verən şəxs bildirir ki, həmin şəxs kəsici alətlə damarlarını doğramaq istəyib. Hətta buna nail də olub. Lakin yaxınlıqdakı insanların müdaxiləsi sayəsində onu vaxtında xəstəxanaya aparmaq mümkün olub.

Qeyd edək ki, İmişli SMM-in direktoru Nofəl Atakişiyevin vəzifə başına keçməsindən sonra bu qurumun qarşısında intihar hallarının sayı artmağa başlayıb. İntihar edənlərin əsas şikayəti isə mərkəzdə onlardan rüşvət istənilməsidir. Əks təqdirdə, ünvanlı sosial yardım almaq xəyaldan başqa bir şey deyil.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net