«Azərişıq»ın şəbəkə rəisi xaçmazlılara qan uddurur
Tarix: 29-02-2016, 09:30 | Çap et
«Azərişıq»ın şəbəkə rəisi xaçmazlılara qan uddurur
«Azhərişıq» QSC-nin Xaçmaz Elektrik Satışı Şəbəkəsinin rəhbəri Seymur Hacıyev rayon camaatına zülm verir. Bunu JAM.AZ-a rayon sakini Böyükağa Rəşidov yazaraq, bildirib.

Onun sözlərinə görə, şirkətin yerli nümayəndəsi isətdiyi vaxt rayonda əhaliyə verilən elktrik enerjisini kəsdirir. Hətta bu hal borcu olmayanlarada da şamil edilir. O qeyd edir ki, bu yaxınlarda «Sumqayıtelktrikşəbəkə»dən çıxarılan Hacıyevin Xaçmaza təyinat alması olduqca müəmmalı hadisədir. Ona görə ki, sözügedən şəxs hələ bir müddət əvvəl etdiyi özbaşınalıqlardan dolayı rayondan qovulmuş biridir. «Onun təyinatı Xaçmaz camaatından qisas almaq kimi başa düşülür».

Rəşidov yazır ki, Seymur Hacıyev heç nəyə baxmadan əhalinin elektrik xətlərini kütləvi şəkildə kəsdirir. «Hətta insanların Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdiyi bir gündə də bu əməllərinə davam etdi. Eyni gündə Xaçmaz şəhər, Heydər Əliyev prospektində yerləşən, eyni zamanda, işıq pulu borcu olmayan «Xalq» Bankın Xaçmaz rayon filialının da işığı kəsildiyindən, bankın işində saatlarla durğunluq yarandı».

Rayon sakini qeyd edir ki, həmin vaxt şəbəkənin işçiləri işıqların səhvən kəsildiyini bildirsələr də, rəis tamam başqa bir münasibət sərgiləməklə hamını mat qoyub. «Bankın səlahiyyətli nümayəndəsinin «Siz kimsiniz, hansı əsasla, borcu olmayan obyektin işığını kəsdirirsiniz» sualına Seymur Hacıyev “qudurma, həddini bil” deyə cavab verib. “Xalqın birinci xidmətçi mənəm” deyən Prezidentimizdən fərqli olaraq, Seymur Hacıyev özünü Xaçmaz əhalisinin ağası hesab edir».

Böyükağa Rəşidov müraciətinin sonunda maraqlı bir informasiya da verib. O bildirib ki, Hacıyevi bir müddət əvvəl ləğv olunan “Sumqayıtelektrikşəbəkə” ASC sədrinin birinci müavini işləyib. «Onun Beynəlxalq Bankın sədri Cahangir Hacıyevlə yaxın əlaqələrinin olduğu və Beynəlxalq Bankın «Sumqayıtelektrikşəbəkə» ASC-yə ayırdığı kreditlərini mənimsənilməsində iştirak etdiyi bildirilir».

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net