Zahir Vəliyevin “Aztelekom”a direktor gəlmək planları
Tarix: 10-02-2016, 09:18 |
Çap et
Bir müddət öncə cumhuriyyet.az olaraq “Aztelekom” daxilindəki proseslər haqda yazı dərc etmişdik. ““Aztelekom”un başı üzərində qara buludlar: yeni həbslər olacaq…” başlıqlı həmin yazıda həbsdə olan “Aztelekom” rəhbəri M.Məmmədovun verdiyi izahatlarda adları keçən bəzi qurum rəsmilərinin saxlanacağı, həmçinin həbsdən yayınması müəmmalə olan adlar sırasında «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru Zahir Vəliyev əməllərindən bəhs etmişdik. Bildirək ki, “Aztelekom” sədri Məhəmməd Məmmədovun həbs edilməsindən sonra qurumun yeni direktorunun kim təyin ediləcəyi hələdə öz gündəmini saxlayır. Bəziləri “Aztelekoma” kənar bir təşkilatdan rəhbər gətiriləcəyini, bəziləri isə təşkilatın öz içindən bir nəfəri direktor olacağını iddia edirlər. Bu məsələlərlə bağlı azfakt.com saytında yer alan məlumatları olduğu kimi diqqətinizə çatdırırıq:
“Aztelekom” İB-dən daxil olan məlumata görə qurumun direktor vəzifəsi və təşkilatda öz yerlərini gücləndirmək uğrunda qurum daxilində ciddi şəkildə mübarizə başlayıb və hazırda “Aztelekom” İB-nin aparıcı kadrları iki yerə parçalanıblar. Qruplaşmaların heç birində yer almaq istəməyən işçilər isə çətin vəziyyətdə qalıblar. Çınki “Aztelekom” İB-də baş alıb gedən intriqalar onların normal fəaliyətinə yumşaq desək, mane olur.
Mənbənin bildirdiyinə görə hazırda qruplaşmaların birinə “Aztelekom” İB-nin direktor əvəzi Zahir Vəliyev, digər qruplaşmaya isə, hal-hazırda “MTN işi”nə görə həbsdə olan “Aztelekom” İB-nin sabiq direktoru Məhəmməd Məhəmmədovun ən yaxın adamlarından sayılan, “Aztelekom” İB YAP Gənclər təşkilatının sədri Emil Rzayev başçılıq edir. Mənbənin iddiasına görə Emil Rzayev “Aztelekom” İB-nə Məhəmməd Məhəmmədovun xeyirduası və köməyi ilə gəlib. Qurumda direktorun göz və qulaqlarından biri olan Emil Rzayev hətta Məhəmmədovun gizli varisi kimi tanınıb. Emin Rzayevin Məhəmməd Məhəmmədovun oğlu və qardaşı oğlanları ilə yaxın dost olduğu bildirilir.
Mənbə bildirir ki, Emil Rzayev Məhəmməd Məhəmmədovun həbsindən sonra kölgəyə çəkilmişdi. Lakin yeni nazir təyin olunduqdan sonra Məhəmməd Məhəmmədovdan gələn təlimat üzərinə hərəkətə keçib. Qeyd olunur ki, Zahir Vəliyevin “Aztelekom” İB-nə direktor gəlmək planlarından xəbərdar olan Məhəmməd Məhəmmədov bundan çox qəzəblənib və Emil Rzayevə hərəkətə keçmək təlimatı verib. Həmçinin mənbənin iddasına görə Zahir Vəliyev haqqında mətbuata kompramatlar ötürülməsi də Məhəmməd Məhəmmədovun təlimatından sonra başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Zahir Vəliyev haqqında kompramat məlumatlar dərc olunub. Həmin məlumatlarda göstərilirdi ki, Zahir Vəliyevin 4 mərtəbəli villası, oğlunun isə ov üçün aldığı 200 minlik maşını var. Zahir Vəliyev Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də “Aztelekom” İB-nin «qara kassası» kimi də tanınırmış. Həmçinin qeyd olunurdu ki, «DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdə Zahir Vəliyevin oğlu Tariyel Vəliyevi payçı olaraq çıxış edir . İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Hətta onun maşınlarının fotolarıda mətbuatda dərc olunmuşdu.
Mənbənin bildirdiyinə görə hazırda “Aztelekom” İB-də vəziyyət heç də ürək açan deyil. İntriqalar və iki qruplaşma arasında mübarizə hər gün daha da böyüyür. İstər Zahir Vəliyevin adamları, istərsə də, Emil Rzayevin adamları yeni nazirə çıxış əldə etməyə çalışmaqla yanaşı, “Aztelekom” İB-nin aparıcı mütəxəssislərini öz ətraflarına çəkmək üçün müxtəlif intriqalara gelirlər ki, bu da müəssisədə sağlam iş atmosferinə ciddi ziyan vurur”.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.