Müdafiə Nazirliyindən Abdolbair Goozala ZƏRBƏ
Tarix: 26-01-2016, 10:44 | Çap et
Müdafiə Nazirliyindən Abdolbair Goozala ZƏRBƏ
Azərbaycan Müdafiə Nazirliyi 2015-ci ildən “Azersun Holdinq” şirkətlər qrupundan məhsulların satın alınmasını azaldıb

Bu barədə hərbi mənbələrədən məlumat verilib.

Məlumata görə, 2013-cü ilin sonuna “Azərsun”a daxil olan “Azərsun Ticarət və Dağıtım” şirkəti Silahlı Qüvvələrin nəinki qida təminatında, eləcə də ordunun birdəfəlik qablar, salfetlər, karton qutular və s. təchizatında əsas yeri tutub. Lakin 2015-ci ildə Müdafiə Nazirliyi bu şirkətdən satınalmaları əhəmiyyətli şəkildə azaldıb. Bununla da demək olar ki şirkət Azərbaycanda ən böyük alıcılarından birini itirib.

Müdafiə Nazirliyinin belə bir addımı atmasının səbəbləri hələ ki açıqlanmır. Ortada olan budur ki, 2015 və 2016-cı illər üçün ərzaq və digər məhsulların satınalmaları üçün elan edilmiş tenderlərin qalibi fərqli şirkətlərdir.

Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, şirkət əvvəllər Müdafiə Nazirliyinə özünün istehsal etmədiyi məhsulların tədarükünü də həyata keçirib. Lakin son ildə bundan imtina edilib və hazırda Müdafiə Nazirliyinə yalnız “Azərsun”un özünün Azərbaycanda istehsal etdiyi məhsulların satışı həyata keçirilir.

Qeyd edək ki, “Azərsun Holdinq”in müəssisələri Silahlı Qüvvələr və digər hərbi birləşmələri ərzaqla təchizatında əsas rol oynayır. Şirkət ordunu yağ və şəkər tozu ilə yanaşı konservlər daxil olmaqla, quru ərzaq payı ilə də təchiz edir.(AzeriDefence )





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net