FHN-nin sektor müdirinə qarşı 4 min manatlıq rüşvət ittihamı-VİDEO
Tarix: 22-12-2015, 10:18 | Çap et
FHN-nin sektor müdirinə qarşı 4 min manatlıq rüşvət ittihamı-VİDEO
2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala rayonunda yaşayış evlərinə, sosial və infrostruktur obyektlərinə ciddi ziyan dəymişdir.Hadisə baş verəndən sonra Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə əsasən Nazirlər Kabinetinin müxtəlif sərəncamları ilə respublikanın şimal - qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fondundan, Dövlət büdcəsindən ayrilmiş vəsaitlər hesabına bölgədə tikinti işlərinə başlanıldı.Lakin görünür ayrılmış vəsait lazım olan qaydada istifadə edilməyib,kimlərinsə cibinə gedib. Həmin vaxt evinə ziyan dəymiş sakinlərdən biri də Zaqatala rayon sakini Gülüm Əliyevadır.Gülüm xanımın BTV-yə göndərdiyi müraciət əsasında əməkdaşlarımız Zaqatala rayonunun Nuxax kəndinə yollandılar.Şikayətçi xanımın sözlərinə görə zəlzələ baş verən zaman dövlət tərəfindən yaşayış evlərinin bərpası üçün 4 min manat vəsait ayrılıb.Ancaq ortada bir “amma” var...Belə ki,həmin pulu FHN-nin işçiləri olan Elxan və Rüfət adlı şəxslər alıblar ki,bəs evinizi qəzalı kimi göstərib,sizin üçün yeni ev tikdirəciyik.

Məsələ ilə bağlı Avs şirkətində iş icraçısı olan Elxan müəllimlə əlaqə saxladıq.O,fakti təsdiqləyərək bildirdi ki,bəli mənim vasitəmlə 4 min manat alınıb.Ancaq o pul mənə yox,FHN-də tikilməkdə olan obyektlərə nəzarət sektorunun müdiri(TOOBM)Rüfət Nəsirova çatıb.
Məsələdə adı çəkilən sektor müdiri Rüfət Nəsirov isə Elxan müəllimin dedikləri təkzib edərək dedi ki, “mən hadisə yerində olmuşam ancaq orada heç bir pul söhbətindən söz belə gedə bilməz.”
Görünən odur ki,hər iki tərəf məsuliyyəti öz boyunlarından ataraq,işdən yayınmağa çalışırlar.Lakin ortada bir fakt var ki,iki uşaq anası hər an evinin başına uçacağı təhlükəsi ilə yaşayır.Buna səbəb olanlar isə öz isti ev-eşiklərində rahatca həyat yaşayırlar!






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net