Xocavənd maliyyə şöbəsi müdirinin sələm biznesi
Tarix: 30-11-2015, 10:30 |
Çap et
İdarə müdiri10 min manatdan aşağı sələm vermir və bu işi çox gizli şəkildə həyata keçirir.
Xocavənddən daxil olan məlumata görə, rayon maliyyə idarəsinin müdiri İslam Allahverdiyev yenə köhnə ampulasındadır. Belə ki, uzun müddət Beyləqan rayon Kapitalbankın müdiri vəzifəsində işləyən İslam Allahverdiyev işlədiyi dövrlərdə “kredit və sələmçi” oliqarxı kimi ad çıxartmışdı.
Rayondakı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, İslam Allahverdiyev bank müdiri işlədiyi dövrlərdə öz cibindən vətəndaşlara yüz min manatlara kredit verməklə hər ay külli miqdarda qazanc əldə edirdi. Bank müdiri krediti yalnız müəllim, həkim və dövlət işçilərinə verməklə özünün kretidini sığortalayırdı. Bundan başqa hansısa məmura təcili pul lazım olanda istənilən vaxt İslam Allahverdiyevin qapısını çalırdı.
Bank müdiri məmurlara 8 faizlə sələm verdiyi iddia olunur. Cümhuriyyət.az-a məlumat verən mənbə bildirir ki, hazırda İslam Allahverdiyev yenidən sələm işinə qayıdıb. Xocavənd maliyyə idarəsinin müdiri yenədə sələmi yalnız Beyləqan və Xocavənd rayonunda olan məmurlara verir. Adı vətəndaşlara isə sələmi yalnız girov qarşılığnda verir. Mənbəmiz iddia edir İslam Allahverdiyev 10 min manatdan aşağı sələm vermir və bu işi çox gizli şəkildə həyata keçirir.
Maliyyə idarəsinin müdiri Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovla yaxşı münasibət quraraq büdcə idarələrinə ayrılan vəsaitlərdən 10 faiz kəsməklədə yaxşı pul qazanır. İdarə müdirinin digər qazancı isə maliyyə idarəsindən yaxınlarına məxsus müəsissələrə külli miqdarda vəsait ayırmaqla həmin pulu bir müddət başqa işlərə sərmayə kimi yatırtmasıdır. Bu əməliyyat İslam Allahverdiyevdən öncəki idarə müdirinin vaxtında da olurdu. Keçmiş müdirin dövründə bu əməliyyatdan maliyyə idarəsinin bəzi işçiləridə bəhrələnirdi.Lakin İslam Allahverdiyev müdir təyinatı aldıqdan sonra bu işləri təkbaşına görməyə başlayıb.