Şəmkir rayon 1 saylı Notariat Kontorunda şok saxtakarlıq
Tarix: 9-05-2015, 10:27 | Çap et
Şəmkir rayon 1 saylı Notariat Kontorunda şok saxtakarlıq
Son vaxtlar ölkə mətbuatında işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən tez-tez adı hallandırılan belə məmurlardan biri də Şəmkir rayon 1 saylı Notariat Kontorunun müdiri Siyavuş Qurbanovdur. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda da Siyavuş Qurbanovun fəaliyyətində yer almış çeşidli neqativ hallardan bəhs olunur. Məlumatlarda xüsusilə diqqəti cəlb edən məqamlardan biri budur ki, mənbələr bir tərəfdən Siyavuş Qurbanovun məhz dövlət notariusu kimi fəaliyyətinə dair ciddi iradlar bildirməklə yanaşı, digər tərəfdən də bu məmurun qeyri-leqal qiymətli metal və daş-qaş ticarəti ilə məşğul olduğunu vurğulayırlar. Belə ki, məlumatlardan birində bir müddət öncə Qazax gömrük-kecid məntəqəsində qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd olunarkən gömrükçülər tərəfindən aşkarlanaraq götürülən qızıl və brilliant zinət əşyalarının da Siyavuş Qurbanova aidiyyəti olduğu bildirilir. Mənbənin sözlərinə görə qaçaqmalı keçirmək istəyən şəxs istintaq zamanı bildirib ki, müsadirə olunmuş malların çox hissəsi məhz Siyavuş Qurbanova və onun qardaşlarına aiddir. Lakin dövlət notariusu nüfuzlu himayədarları və şəxsi imkanları hesabına istintaqdan və həbsdən yaxasını qurtara bilib. Qeyd etmək lazımdır ki, bu olay Siyavuş Qurbanovun adının hallandığı heç də birinci gömrük insidenti deyil. Belə ki, bu hadisədən də xeyli əvvəl Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun gömrük nəzarəti zonasında Saday Mürşüdov adlı bir vətəndaşdan "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontoru Dövlət Notariusu Qurbanov Siyavuş Heydər oğlu" sözlərini əks etdirən iki ədəd möhür aşkarlanaraq götürülmüşdü. Həmin vaxt bu xüsusda yayımlanan məlumatlarda bildirilirdi ki, Saday Mürşüdov idarə etdiyi "Setra" markalı sərnişin avtobusu ilə Rusiyadan Azərbaycana keçərkən üzərində aşkar olunmuş bu möhürlərin heç bir müvafiq sənədi olmayıb. Eyni zamanda da məlumatlarda həmin möhürlərin Rusiyada hazırlandığı qeyd olunmuşdu. Maraqlıdır ki, bu olayın özü də Siyavuş Qurbanovun Saday Mürşüdovla birgə həyata keçirdiyi yeganə özbaşınalıq deyil. Belə ki, bu hadisədən bir müdət sonra ölkə mətbuatında Siyavuş Qurbanov tərəfindən digər bir vətəndaşın imzasının saxtalaşdırılması ilə girovda olan avtomobilin alqı-satqı edilməsinə dair məlumat yayımlandı. Məlumata əsasən bu dəfə də notariusun "tərəf müqabili" kimi məhz Saday Mürşüdov çıxış etmişdi. Bununla yanaşı redaksiyamıza təqdim olunan açıqlamalarda Şəmkir rayon 1 saylı Notariat Kontorunda həyata keçirilən bütün sənədləşmə və təsdiq olunma aktlarına görə vətəndaşlardan müxtəlif məbləğlərdə qeyri-qanuni "rüsum" yığıldığı bildirilir. Qeyd olunur ki, sadəcə təsdiqolunmalardan yığılan gündəlik məbləğ 1000 (min) manat civarında olur. Digər tərəfdən də mənbələr Siyavuş Qurbanovun öz əməllərinə "haqq qazandırmaq" məqsədilə ölkənin Ədliyyə Nazirliyinin rəhbərliyini də suçlamaqdan çəkinmədiyini vurğulayırlar. İddialara görə, dövlət notariusu özünə məxsus olan və Gəncə şəhərində yerləşən istirahət məkanlarından birində eyş-işrət məclisləri qurmağa çox həvəslidir. Mənbə bildirir ki, məhz belə məclislərin birində Siyavuş Qurbanov notarius təyin olunmaq üçün "yuxarıya" 500 min manat verdiyini bəyan edib...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net