Əhəd Abıyev qoyun üsrüsünü əlindən aldığı fermerdən daha nə istəyir...
Tarix: 11-11-2015, 09:46 | Çap et
Əhəd Abıyev qoyun üsrüsünü əlindən aldığı fermerdən daha nə istəyir...
...Dünən hələlik ünvanını göstərmək istəmədiyimiz iki Dövlət qurumlarından "Təzadlar"ın elektron poçtuna aşağıda qeyd edilən video şikayətlə bağlı cavab-reaksiya daxil olub. Cavabda olduqca maraqlı məqamlar var. Məktubda Gəncədən tanınmış fermer Akif Rzayevlə bağlı bəzi vacib sənədlərin Prezident Administrasiyasında yaradılmış komissiyaya göndərilməsi xahiş olunur... Redaksiya müvafiq sənədləri, fermer Akif Rzayevin şikayətləri ilə bağlı video və audio müsahibələrini Prezidentin göstərişi ilə yaradılmış Komissiyaya göndərməyə qərar verdi. İnanırıq ki, Daşkəsən RİH başçısı Əhəd Abiyevin tanınmış fermerin-sahibkarın başına gətirdiyi müsibətlərlə bağlı ciddi tədbirlər görüləcək...
Nəticəsi barədə əlavə məlumat veriləcək.
***
05.11.2015
"Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
***

Əhəd Abıyev qoyun üsrüsünü əlindən aldığı fermerdən daha nə istəyir...

Cənab Prezident! "Təzadlar"da Gəncədən 70 yaşlı fermer Akif Rzayevin video müsahibəsi var, Daşkəsənin İcra başçısı Əhəd Abiyev bu mövsümdə (yayda) sürülərini yaylağa qaldırmasından ötrü (15 ildir sənədlə vergisini ödədiyi) ondan 10 min manat pul istədi. Vermədi, qoyunları 5 gün sərhəddən (polislərlə post qurulmuşdu) buraxdırmadı... Əhəd Abiyev fermer Akif Rzayevi kabinetinə çağırıb rəis Elsevər Aslanovun, prokurorun və MTN-nin rayon şöbəsinin rəisinin iştirakı ilə ondan 10 min manat pul tələb etmişdi... Əks halda, ona demişdir ki, üzünə adam durquzaram ki, 3 min baş qoyunun başqalarınındır, ələ keçirmisən və s. Bu şərləmədən ehtiyatlanan fermer axırda 70 qoyun ayırıb verməyə razılaşmışdı. Nəhayət, o, Əhəd Abiyevə (qoyunları qəbul edən adamın da videosu var Akif kişidə) 70 qoyun vermişdi... Yenə də Əhəd Abiyev onu aldatdı və dağa qalxmağa buraxdı, amma öz yerinə yox... Gəncənin Nizami rayon Məhkəməsinin hakimi var, Əli müəllim, ona verdi... Cənab Prezident, yuxarıda Sizin Şəkidəki məhkəmə kompleksinin açılışında söylədiyiniz tarixi çıxışı təqdim etdik. Cənab Prezident, o fermer(lər) yazıqdır, it zülmü ilə qoyun-quzu saxlayır, dövlətə-əhaliyə satır, özü də dövlətdən bir manat pul istəmədən, Əhəd Abiyevlər isə badalaq vururlar. Bunlar dövlətə qarşı olmaqdır. Lazım gəlsə, Akif Rzayevin əlaqə telefonunu da məsul şəxsə verə bilərik. Belə zəhmət adamına kömək edilməlidir.
XÜSUSİ QEYD: Əhəd Abiyevin tapşırığı ilə Daşkəsənin polis rəisi Elsevər Aslanovun polis əməkdaşları xüsusi post qurub fermer Akif Rzayevin sürüsünü yaylağa buraxmır. Şəkildə polis əməkdaşları görüntülənib. Onlar digər hər çobandan isə əlavə 2-3 baş qoyun alaraq onları yaylağa qalxmağa buraxırlar (Bax-şəkildə görünürlər:

Aşağıda Akif Rzayevin videoçıxışını təqdim edirik:






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net