Ziya Məmmədov Azərbaycana dönməyəcək?
Tarix: 19-10-2015, 09:19 | Çap et
Ziya Məmmədov Azərbaycana dönməyəcək?
Nəqliyyat naziri Ziya Məmmədovun 3 gündür ki, ölkəni tərk etdiyi ilə bağlı məlumatlar yayılıb.

Arqument.Az-a daxil olan ilginc məlumata görə, nazirin konkret hansı xarici ölkəyə getdiyi bəlli olmasa da, hazırda Avropada, daha doğrusu, İsveçrədə olduğu deyilir.

Mənbə bildirir ki, Nəqliyyat Nazirliyində Ziya Məmmədovun hazırda məzuniyyətdə olduğu və səhhəti ilə bağlı xaricə getdiyi deyilsə də, onun ölkəni tərk etməsi ilə bağlı müəmmalı fikirlər də var. Belə ki, vəziyyəti pisləşən Məmmədovun İsveçrə banklarındakı pullarını çıxarmaq üçün həmin ölkəyə üz tutduğu vurğulanır. Onun ölkəyə qayıtmayacağı da yayılan məlumatlar sırasındadır.

Məlumatda bildirilir ki, nazirin vəziyyəti yaxşı deyil və yaxın günlərdə onun istefaya göndərilməsi ilə bağlı sərəncam verilə bilər. Hətta nazirin həbs olunma ehtimalı da istisna edilmir. Bütün bunları nəzərə alan Ziya Məmmədovun ölkəni tərk etdiyi iddia olunur.

Qeyd edək ki, bu gün milli təhlükəsizlik naziri Eldar Mahmudov da prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. Bu gözlənilməz sərəncamdan sonra mediada isə onun Ziya Məmmədovla yaxın olduğu barədə məlumatlar yayılıb.

Mövzunu diqqətdə saxlayacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net