Hacıqabulun yollarındakı milyonlar – Əhməd Muxtarov kimi aldadıb?
Tarix: 9-10-2015, 10:31 |
Çap et
Ölkə başçısı İlham Əliyevin birbaşa nəzarəti altında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası davam etdirilir. Ölkə ərazisindəki rayonlar abadlaşdırılır, yeni-yeni infrastruktur layihələr həyata keçirilir.
Bir sözlə, regionlarımızda vətəndaşların yaşayışının yaxşılaşdırlması istiqamətində ciddi işlər görülür. Bu Azərbaycanın və azərbaycanlıların böyük uğurudur, inkişafının göstəricisidir.
Bəs, bu proqram çərcivəsində bəzi rayonlarda aparılan quruculuq-abadlıq işlərini qənaətbəxş hesab etmək olarmı? Rayona təmir-tikinti üçün ayrılan maliyyə vəsaitinin başqa istiqaməıtlərə xərclənməsi və yaxud yuyulması nə qədər doğru haldır? Bu əməllərə imza atan rayon rəhbərləri nə düşünür? Onlar dövlət əmlakını mənimsədikləri üçün heç narahat olmurlarmı?
Bizimxeber.az-a daxil olan məlumatlarda kifayət qədər ciddi faktlar yer alır.
Məsələn, Hacıqabul rayonundan redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib ki, nəticədə dövlətdən ayrılan yüzminlərlə manat vəsait mənimsənilib. Bildirilir ki, rayonun bəzi yollarının təmiri üçün “Muğan-1” adlı müassisənin hesabına 500 manat vəsait köçürülüb.
İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətiondəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb.
Əslində, söhbət yeyintidən getmir. Bu kimi hallar, yəni dünən təmir olunub bu gün dağılan yolun bu vəziyyətə düşməsi vətəndaşların gözündə dövləti aşağılayır. Adi kəndlinin “ baxın, bu yalançı yolları çəkirlər, sabah dağılır” kimi fikirlərini ortaya çıxarır. Əslində isə, dövlət yolun normal və standartlara uyğun çəkilməsi üçün kifayət qədər vəsait ayırır. Hansı ki, yerlərdəki məmurlar bu pulu mənimsəyib dövlətin gücünü vətəndaşın gözündə aşağılayırlar.
Bu kimi hallarda söhbət kiminsə yolun təmiri üçün ayrılan vəsaitdən 5-10 və ya 100-200 min manat məmimsəməsindən yox, dövlətin gücünü vətəndaşın gözündə heçə endirməkdən gedir. Axı, hər bir icra başçısı, eləcə də, Əhməd Muxtarov rayona təyin olunan zaman ölkə başçısı İlham Əliyevə söz verib. Söz verib ki, rayonda sabitlik, inkişaf və vətəndaşların yaşaması üçün ciddi imkanlar yaradacaq, əlindən gələni edəcək. Elə isə, yolu 5 sm nazikləşdirməklə pul mənmsəmək verilən sözə nə qədər əməl etməyi göstərir.
Daha bir məlumat. Bildirilir ki, Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını isə “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxtarova ayrılan vəsaitin 15 faizinin verildiyini bildirir.
Məlumata görə, kənd yolları həm də ensiz çəkilib. Hər tərəfdən 15 sm qısaldırılıb ki, bu da 100 min manatlarla pulun mənimsənilməsi və qəza halalrınınm çoxalmasıdır.
Təsəvvür edin. Bu o demək dir ki, Əhməd Muxtarov “İnşaatçı-S” MMC-nin rəhbərliyinə müxtəlif yollarla təsir edib ki, bu pulu alsın. Alıb da. Sonra da yaranan problemə görə, məsuliyyət “İnşaatçı-S” MMC-nin rəhbərliyinin üzərində qalır. Binaların görünən tərəflərini təmir edib, arxasındakı zibilliyi, üfunəti gizlətməklə Əhməd Muxtarov kimi aldadır? İnsanların gözü zatən tərəzidir. Binanın təmirli tərəfini göstərmək asandır, Əhməd Muxtarov. Lazım gəldikdə Əhməd Muxratov deyir ki, yolu biz yox, filan MMC təmir edib… Bir sözlə, heç kim keç kimin kitabını oxumur…
Yeri gəlmişkən eyni hal, hazırda Lerik rayonunda da baş verir. Təsəvvür edin ki, Lerik rayonunun icra başçısı Rövşən Bağırov Lerikin dag kəndlərinə dövlət vəsaiti hesabına yol çəkən podratçı şirkətin İbrahim adlı sahibi ilə yola getmir. İcra başçısı dəfələrlə işin dayanması üçün göstəriçş verib, müxtəlif təzyiqlər edir ki, ayrılan pulun 15 faizini ona versinler. Qeyd edək ki, İbrahim “Azəryolservis” MMC-nin rəhbəri Caviud Qurbanovun yaxın adamıdır deyə bu yolun çəklişini ona həvalə ediblər. Bu barədə geniş məlumat verəcəyik.
Qayıdaq Hacıqabula…
Məlumatda qeyd olunur ki, Əhməd Muxtarovun tikinti yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazisində heyvandarlıq təsərrüfatları və əkinçilik sahələri var. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətindədir.
Bax əsl paradox buradadır. 5 min hektar münbit ərazisidə nələr etmək olar? Bu əraziləri niyə insanlara, kənd sakinlərinə vermirlər? Niyə onlar üçün şərait yaradılmır ki, əkin, becərin…
Bir sözlə, Hacıqabul Əhməd Muxtarovfun gözündə nə qədər şəffafdırsa, rayon sakinlərinin gözündə bir o qədər bulanıq və qaranlıqdır. Təbii ki, pulu, 5 min hektara yaxın yararlı dövlət torpaqları olan icra başçısı Hacıqabulu şəffav görməlidir. Əslində isə, Hacıqabulun və hacıqabulluların yeni icra başçıçına ehtiyacı var.