Zakir Fərəcovun Sumqayıtdakı "yaşıl soyqırım"dan xəbəri varmı? (FOTOLAR)
Tarix: 5-10-2015, 08:58 |
Çap et
Vertikal.az-a yazan Sumqayıt sakini Süleymanov Anar şəhərdəki "yaşıl soyqırım"la bağlı həyəcan təbili çalır. Onun müraciətində bildirilir:
"Salam hörmətli redaksiya! Əfsuslar olsun ki, mən yenə yaşıllıqların kütləvi kəsilməsi ilə bağlı həyacan təbili çalmaq məcburiyyətindəyəm...
Əfsuslar olsun ki, Sumqayıt şəhərinin Sülh küçəsində, şəhərin girişində yenidən kütləvi ağac gırımına start verilib. .. Birinci bu məlumatı mən Sumqayıtın xəbər saytlarının birində gördüm. Sözün düzü mən bu xəbərə inanmadım və öz gözümlə görmək üçün o yerə getdim...İnanmadım ona görə ki, təzə icra başçısı Zakir Fərəcov təbiətsevər insandır və iclaslarda ağacları kəsənləri ciddi təngid edir və dəfələrlə deyirdi ki, yol çəkən yerlərdə ağacları xüsusi texnika ilə başqa yerə köçürəcəyik. Amma əfsuslar olsun ki, təzə icra başçısı şəhərin inkişafına və başladığı bütün işlərə bəzi məmurlar ləkə vurmağa çalışırlar. Yaşıllıqları kütləvi məhv edən yerə gələndə mən dəhşətə gəldim...Yol boyu şəhərin girəcəyinə xüsusi gözəllik verən əsasən qarağac cinsli yüzlərlə ağac vəhşicəsinə məhv edilmişdir. O ağaclardan indi ancaq kötüklər qalıb...Eyni aqibəti indi yüzlərlə başqa ağaclar gözləyir... Mən cənab Prezedentimizə , Zakir Fərəcov canablarına , Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İDEA Ictimayi birliyinə və başqa aidiatı qurumlara üz tutub demək istəyirəm ki, İnsanlığa yaraşmayan bu qanunsuz işlərə son qoysunlar. Hələ ki, geç deyil qalan ağacları xilas edək.
Xalqımızın ümummilli lideri, milli dövlətçiliyimizin və konstitutsiyamızın banisi, dünya şöhrətli ictimai-siyasi xadim, dövlət başçısı və misilsiz siyasətçi olan Heydər Əliyev demişdir ..” Əgər kimsə sağlam ağac kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə , öz- özünə xəyanət edir”".