Vilyam Hacıyevdən dövlət rəhbərliyinə şikayət
Tarix: 30-09-2015, 09:54 |
Çap et
Bir sıra rayonların icra başçılarının əhaliyə divan tutmasınınb, addımbaşı məmur özbaşınalığına yol verməsinin sorağı prezident İlham Əliyevə çatsa da onun dəfələrlə dilə gətirdiyi tənqid və tapşırıqları yerinə yetirmək əvəzinə bəzilərinin daha da irəli getməsi heyrət doğurur.
Maraqlıdır ki, bir sıra rayonlarda görülən abadlıq işləri zamanı sahibklarların incidilməsi, onların külli miqdarda xərcə salınması da o qədər eybəcər şəkil aldı ki, yenə də prezident səviyyəsində məsələyə müdaxilə edildi və dövlət başçısı sahibkarların incidilməsinə son qoyulmasını tələb etdi. Amma bayaq qeyd edildiyi kimi adı dillər əzbəri olan və mətbuatın gündəmimdən düşməyən bəzi rayonlar var ki, oradakı "balaca padşahlar" nə haqqa - divana, nə Allah qorxusuna, nə prezident göstərişinə məhəl qoymurlar...
İmişli rayonundan da son illər ərzində dəfələrlə tənqidi yazılar medianın gündəmini zəbt edib. Buna səbəb bir sıra sahibkarın üzləşdiyi problemlərlə bağlı mediaya üz tutaraq dəstək istəməsi, üzləşdiyi məmur özbaşınalığının ictimailəşdirilməsini xahiş etməsidir.
Cavanşir Əsgərovla Nadir Feyziyev də bir müddət öncə dəfələrlə Moderator.az saytına müraciət edərək üzləşdikləri problemin ictimailəşdirilməsi, bununla da dövlət başçısının diqqətinə çatdırılımasını xahiş ediblər. Amma bu da onlara çatmalı olan külli miqdarda vəsaitin "bəxt"ini açmayıb.
Bir neçə gün öncə Cavanşir Əsgərov yenidən saytımıza müraciət edərək borclu olduğu adamların qapısını kəsdirdiklərini bildirərək çarəsiz durumda olduğunu bildirmişdi. Amma onun bu fəryadı da eşidilməz oldu.
Şikayətçi israrla yenidən Moderator.az-a üz tutaraq İmişlinin icra başçısı Vilaym Hacıyevin ona çatası 27 min manatı (qeyd edək ki, Nadir Feyziyevə çatası məbləğin 300 min manat civarında olduğu bildirilib) verməsi üçün baş prokuror Zakir Qaralovdan və daxili işlər naziri Ramil Usubovdan xahişdə bulunub.
Cavanşir Əsgərov ümid edir ki, bu iki hüquq - mühafizə orqanı rəhbərinin məsələyə müdaxiləsi nəticəsiz qalmayacaq və ipə - sapa yatmayan icra başçısı nəhayət, ona çatmalı olan vəsaiti ödəməyə məcbur olacaq.