Əhəd Abıyev Bakıya mer gətirilir
Tarix: 16-09-2015, 10:01 |
Çap et
Vaxtilə parlamentdə deputat kimi adı qalmaqallı gündəmdən düşməyən, hətta həmkəndlisi, Moskvalı iş adamı Gülağa Qəmbərovu şərləməkdən çəkinməyən, neçə illərdir Daşkəsən RİH başçısı kimi yenidən adı tanınmış fermer Akif Rzayevlə (mərhum prezident Heydər Əliyevin yaxın dostu) yaylaq qalmaqalı hələ də səngiməyən (bu il sənədli yaylağa 50 baş qoyun müqabilində Əhəd Abiyev ona örüş verib-Dəhşət) Əhəd Abiyevin adının hallandırıldığı qalmaqallı məsələ hələ də həllini tapmayıb. Xatırladaq ki, bir müddət əvvəl Əhəd Abiyev yaylaq qalmaqalı ilə gündəmə gəlib, çobanlara Daşkəsən yaylağına qalxmaq üçün rüşvət tələb edib... Çobanlar isə bununla bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər.
Çobanlar bildirirlər ki, YAP-ın üzvü, RİH başçısı Əhəd Abiyevin özbaşına əməlləri nəticəsində onların yaylaq hüquqları kobud şəkildə pozulub. Belə ki, Ə.Abiyevin Bakı şəhərində bazarı ("Bakı Mərkəzi Bazar"da), Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz qohumlrının... adınadır".
Qeyd edək ki, bu məsələlər ictimailəşdikdən sonra RİH başçısı özünü müdafiə etdirməyə başladı. Daşkəsən rayonunun sakinləri mətbuat vasitələrinə "müraciət edərək" onun haqqında yazılanların guya yalan olduğunu bildirdilər. Əhəd Abiyevin özünü belə bir formada müdafiəyə çalışması uğursuzluqla nəticələndi. Dünən qalmaqallı RİH başçısı ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatda deyilir ki, Əhəd Abiyevin vəzifə tutqusu hələ də tükənməyib: "O həm Daşkəsənində, həm də Bakıda işləyərkən rəhbərliyin qarşıya qoyduğu tapşırıqları uğurla yerinə yetirə bilmirdi. Elə bu səbəbdən hər iki vəzifəsində fiaskoya düçar olmaqdadır. Onun hörmətli akademik Ramiz Mehdiyevlə qalmaqalını kim bilmir... Buna baxmayaraq, o bəzi şəxslərin yardımı sayəsində yenidən yüksək vəzifəyə keçə bilmək üçün özünü iqtidarın və YAP-ın qatı tərəfdarı kimi göstərməyə çalışır. Bir vaxtlar Əli Kərimlinin və İsa Qəmbərin müxalif fikirlərinə müsbət münasibət bəsləyən Əhəd Abiyev indi qatı iqtidarçı kimi özünü göstərir. Bir müddət əvvəl Rəfael Allahverdiyevin yerinə keçməyə can atırdı. Buna baxmayaraq, istəyinə çata bilmədi. Daha sonra onun qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyi barədə xəbərlər yayıldı. Bu da bir nəticə vermədi. Əli hər yerdən üzülən Əhəd Abiyev indi də Bakının Nizami rayonuna icra başçısı olmaq sevdasına düşüb. Əhəd Abiyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boş olduğu üçün bəzi əlaqələrini, vəzifədəki köhnə dostlarını işə salıb. Hələlik, ona dəqiq vəd verilməyib. Ona görə ki, bu post uğrunda amansız mübarizə gedir və digər namizədlərlə müqayisədə onun şansı yoxdur. Bu variant baş tutmayacağı təqdirdə, o, Hacıbala Abutalıbovun yerinə iddialıdır...".
Biz isə hesab edirik ki, adıçəkilən şəxsin bundan sonra yüksək vəzifəyə təyinat alacağı elə də inandırıcı görünmür. Ən azından ona görə ki, bu şəxsə iki dəfə mühüm dövlət postu etibar edilib, amma o heç birində özünü doğrultmağı bacarmayıb. Deputatlığı kimi, icra başçılığı da elə... Bir adam ki, Ulu Öndər Heydər Əliyevin dostu, Daşkəsənli fermer Akif Rzayevə "kupça"lı yaylağına getməsi üçün bu il 50 baş qoyun ala (şok sübut ortadadır), beləsinə Bakının meriyasını-taleyini etibar etmək olar???
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.